Maraqlı

Kriptovalyuta birjalarında ziyarət trafiki azalıb

22 Noyabr 2019 08:59
0 Şərh     Baxış: 683
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

The Block analitiki Larry Cermak 2019-cu ilin aprel-oktyabr aylarında 37 kriptovalyuta birjası üzrə apardığı araşdırma nəticəsində məlum olub ki, may ayından etibarən ticarət platformalarında istifadəçilərin ziyarət trafiki 37% azalıb. Larry Cermak öz hesabatında qeyd edib ki, trafikin azalmasına əsas səbəb pərakəndə investorların kriptovalyutalara olan marağının azalmasıdır. May-iyun aylarında birjalar üzrə trafik 150 milyondan çox idisə, sentyabr ayında bu 103.6 milyon təşkil edib.

Kriptovalyuta birjalarında ziyarət sayının azalması bu platformalarda ticarət həcminin azalması ilə müşayiət olunub. Ticarət dövriyyəsinə görə ilk üç yeri Coinbase, Binance və BitMEX birjaları tutub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.