Maraqlı

Dünyanın ən effektiv elektrokarı yaradıldı

20 Noyabr 2019 07:41
0 Şərh     Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın Kembric Universitetinin tələbələri günəş panelləri ilə təchiz edilmiş dünyanın ən effektiv elektrokarını yaradıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avto "Cambridge University Eco Racing" (CUER) layihəsi çərçivəsində hazırlanıb. Tələbələrdən ibarət komanda "Helia" elektromobilini layihələndirə və daha sonra yığmağa müvəffəq olub. Nəqliyyat vasitəsi 2,5 kVt istifadə edərək 80 km/saatadək sürət yığa bilir.

Yüngül şassi və "Formaplex" texnologiyası əsasında hazırlanmış kuzanın panelləri sayəsində elektromobilin çəkisi cəmi 550 kiloqramdır. Kompozit materiallar sayəsəində isə avto böyük məsafələri belə minimal enerji sərfiyyatı ilə qət edə bilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.