Maraqlı

Rusiya ABŞ-da keçirilən “Kainat gözəli” müsabiqəsində iştirak etməyəcək

19 Noyabr 2019 19:15
0 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ABŞ-da keçirilən "Kainat gözəli" müsabiqəsində iştirak etməyəcək.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bu barədə "Miss Rusiya" müsabiqəsinin direktoru Anastasiya Belyak açıqlama verib.

O deyib ki, "Kainat gözəli" yarışmasının təsisçiləri müsabiqənin keçirilmə yeri və vaxtını çox gec bildiriblər. Buna görə də, "Miss Rusiya - 2019" müsabiqəsinin qalibi Alina Sanko vaxtında Amerika vizası ala bilməyəcək.

Bundan başqa direktor qeyd edib ki, Sanko bu il iki müsabiqədə iştirak etməli idi: "Kainat gözəli" və "Miss Dünya". Lakin müsabiqələrin keçirilmə vaxtı bir-birinə olduqca yaxındır. "Kainat gözəli" dekabrın 8-i Atlantada, "Miss Dünya" isə dekabrın 14-də Londonda keçiriləcək.

Qeyd edək ki, Sanko "Miss Rusiya" titulunu bu ilin aprel ayında qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.