Maraqlı

NASA-dan QORXUNC XƏBƏRDARLIQ - Yer kürəsinə 15 atom bombası gücündə cisim yaxınlaşır

18 Noyabr 2019 22:47
6 Şərh     Baxış: 1 352
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) qorxunc açıqlama yayıb.

Milli.Az xəbər verir ki, NASA alimləri hər 2000 ildə bir dəfə dünyaya hansısa asteroidin zərbə vurduğunu və hazırda belə bir asteroidin yerə çox yaxın olduğunu deyib.

NASA "JF1" kod adı olan bu asteroidin yoluna davam edərsə, Yer kürəsinə zərbə vuracağını bildirib. Verilən açıqlamada bu hadisənin qısa müddətdə baş vermə ehtimalının olduqca yüksək olduğu vurğulanıb. Haqqında danışılan asteroidin diametrinin 128 metr olduğu qeyd edilib. 6 May 2022-ci il tarixində bu kosmik qayanın planetimizlə toqquşacağı, potensial olaraq bir şəhəri bir neçə saniyədə məhv edəcəyi və dağıdıcı nəticələrə səbəb ola biləcəyi proqnozlaşdırılıb.

"JF1" kosmik qayasının təsirinin 250 kilometrlik TNT (partlayıcı kimi istifadə olunan kimyəvi maddə) ilə eyni təsir göstərəcəyi hesablanıb. Bu rəqəm Xirosimadakı atom bombasından 15 dəfə böyükdür.

Qeyd edək ki, bu mövzunu diqqətdə saxlayan NASA-nın yaxın günlərdə yeni açıqlamalar verəcəyi bildirilib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.