Maraqlı

Hadisə səhnədə geyimi ilə NƏFƏS KƏSDİ - FOTO

18 Noyabr 2019 22:22
1 Şərh     Baxış: 2 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Kiprdə konsert proqramı ilə çıxış edən müğənni Hadisə geyimi ilə gündəmə damğa vurub.

Milli.Az xəbər verir ki, sənətçi konsertindən əvvəl jurnalistlərin suallarını cavablandırıb.

"Yalnızlıqdan bezmisən?" sualına müğənninin cavabı belə olub: "Kim deyir ki, mən təkəm? Aman Allah. Niyə tək olduğumu düşünürsən? Lütfən konsertdən əvvəl özəl suallarla məni sıxışdırmayın. Həyatımda kimsə olsa belə, söyləmərəm. Bir gün evlənsəm də etiraf etmərəm. Çünki bu, mənim şəxsi həyatımdır. Doğum günlərimdə belə heç kimə şəkil çəkdirməyə icazə vermərəm. Mənim belə bir qızıl qaydam var".

Qeyd edək ki, tez-tez səhnə kostyumları ilə gündəmə gələn ulduz bu dəfə güzgü detalları ilə işlənmiş mini paltarda səhnəyə çıxaraq şou göstərib. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.