Maraqlı

Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub

18 Noyabr 2019 22:15
0 Şərh     Baxış: 655
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2019-cu ildə noyabrın 6-dan 30-dək müşahidə olunan Leonid (Şir bürcündəki radiantın şərəfinə adlandırılıb) meteor yağışının atmosferdə maksimum aktivliyi noyabrın 18-nə keçən gecə müşahidə olunub. Bakı vaxtı ilə təxminən gecə saat 3-də kosmik fəzada başlayan ulduz axını güclənərək saatda 15 meteora çatıb. Onlar saniyədə 72 kilometr sürətlə Yerin orbiti istiqamətinə yaxınlaşıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu prosesi şərq üfüqü istiqamətində teleskopla izləmək mümkün olub. Ağ rəngli Leonid meteorları kosmik toz hissəciklərindən ibarətdir və 55P/Tempel-Tuttlya kometasının keçidindən sonra kosmosda qalıb və hər 33 ildə bir dəfə Günəşin ətrafında dövrə vurur. Meteor axınının intensivliyi hər il dəyişir, lakin həmin 33 ildən sonra bir çox dəfə güclənir. Belə ki, 1966-cı ildə saatda 10 min meteor axını qeydə alınıb.

Leonid meteorları Yer kürəsinin atmosferinə saniyədə 70 kilometr sürətlə uçurlar. Bu səbəbdən onları səmada görmək çox asandır. Lakin ulduz axını radiantına yaxın olan Ay işığı onları aydın görməyə mane olur.

Meteor yağışı 3,8 min il əvvəl məlum olub. Ən parlaq ulduz axını isə 1833-cü ildə müşahidə olunub Həmin vaxt insanlar atmosferdə "yanan" minlərlə ulduzu müşahidə ediblər. 1966-cı ildə isə Yerin atmosferində parlayan 150 min meteor müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.