Maraqlı

“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb

16 Noyabr 2019 11:22
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Euronews" televiziya kanalının alman dili redaksiyasının "Azərbaycanda birlikdə caz ifa etmək: Bakı Caz Festivalı" adlı videoreportajında festival çərçivəsində xüsusilə Avropa caz musiqisinə vurğu edildiyi, azərbaycanlı caz ifaçılarının festivalda aktiv iştirak etdiyi nəzərə çatdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, reportajda cazın bütün dünya janrlarından bəhrələndiyi qeyd olunur. Müxtəlif mədəniyyətlərin və millətlərin musiqiçilərinin bir arada çalışdığı festival proqramının kreativ imkanlarının geniş olduğu vurğulanır. Türkiyənin "Feti Blue Band", İsveçrənin "Azadlıq Triosu", Almaniyanın "MASAA" qruplarının, Niderland Krallığından olan saksofon ifaçısı Yuri Honinginq öz həmvətənləri ilə birlikdə yaratdığı kvartetin, fransalı Julie Eriksson adlı müğənni, pianoçu və bəstəkarın festivalda iştirak etdikləri diqqətə çatdırılır. Bakı Caz Festivalında gənc istedadların təşviq edilməsi məqsədilə müxtəlif kateqoriyalarda beynəlxalq müsabiqələrin də olduğu qeyd edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.