Maraqlı

24 ildir görmədiyi keçmiş ərinə böyrəyini bağışladı - FOTO

16 Noyabr 2019 20:09
0 Şərh     Baxış: 1 216
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli Lale Oğultürk adlı qadının atdığı addım eşidənləri təəccübləndirib. Belə ki, o 24 il əvvəl evli olduğu Murad Gezginoğlu üçün donor olub.

Milli.Az medicina.az-a istinadən bildirir ki, onlar 3 il evli qaldıqdan sonra ayrılıb. Bundan sonra heç bir əlaqələri olmayıb və hər iki şəxs yenidən ailə həyatı qurub. Lalə bu yaxınlarda bir qohumu ilə danışarkən keçmiş ərinin böyrək çatışmazlığı olduğunu və donor axtardığını öyrənib.

Dərhal ona zəng vuraraq donor olmaq istədiyini deyib. Daha sonra edilən analizlərlə böyrək uyğunluğu olub və Lalənin bir böyrəyi Murada köçürülüb. Həkimin dediyinə görə, hazırda ikisinin də vəziyyəti qaydasındadır.

Lalə əməliyyatdan sonra daha da yaxşı hiss etdiyini vurğulayıb.

"Eşidəndə ki, ona böyrək lazımdır bir an belə düşünmədən yardım etməyi təklif etdim. Mənə elə gəlir ki, yaxşı bir iş görmüşəm və buna görə enerjim daha da artıb".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.