Maraqlı

Paslı ayaqqabıları min dollardan baha satacaqlar

17 Noyabr 2019 16:48
0 Şərh     Baxış: 848
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın lüks Principe Privé brendi paslanmış kimi görünən dizayner həlli olan idman ayaqqabılarını təqdim edib.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Hypebeast yazıb.

Sosial şəbəkədə yayılan şəkillərdən bunlar "sacai x Nike Blazer Mid" modelindən olan idman ayaqqabılarıdır. Dizayner daha real nəticə əldə etmək üçün bir neçə qat boyadan istifadə edib ki, deformasiya olan yerlərdə pas yığılması effektini yarada bilsin.

​Bildirilir ki, dizaynda rənglərin uzun müddət qorunması məqsədilə akril boyalarından istifadə olunub. Ayaqqabılar artıq bu həftə satışa çıxarılacaq və bir cütünün qiyməti 121 min yen (1110 dollar) olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.