Maraqlı

Yatanda ayaqların arasına yastıq qoyun - 5 inanılmaz FAYDASI

15 Noyabr 2019 21:25
4 Şərh     Baxış: 3 951
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox həkimlər, osteopatlar yatanda ayaqların arasında ya yastıq, ya kiçik odeyal qoymağın və böyrü üstə yatmağın faydalarını qeyd edir.

Milli.Az medicina.az-a istinadən yatanda ayaqların arasına yastıq qoymağın bədənə, orqanizmə necə təsir etdiyini araşdırıb.

1.Onurğada ətrafı əzələlərin gərginliyini götürür

Yuxuda olarkən ayaqların arasında yumşaq dayaq olanda onurğanın aşağı hissəsi fəqərələri demək olar, ağırlıq və gərginlik hiss etmir, bu da gecə rahat yatmağa imkan verir

2.Spazmları götürür

Ayaq üstə çox qalan insanlar gecə beldə, ayaqlarda spazm hiss edirlər. Bu variant o spazmı aradan qaldırır

3. Yuxuda stabil bədən vəziyyəti

Yuxuda o tərəfə bu tərəfə çevrilmə rahat yatmağa, dərin yuxuya imkan vermir. Bu üsul bədəninizi stabil və sakit tutacaq.

4.Qan dövranını yaxşılaşdırır

Yastıq ayaqların bir birinin üzərinə düşüb sıxmasının qarşısını almaq üçün aşağı ətraflarda qan dövranı yaxşı olacaq. Xüsusən varikozu olanlar bundan istifadə etməlidir

5. Termorequlyasiya tənzimlənir

Yay aylarında belə yatmaq, istiliyi bərabər yayır, qasıq, ayaqlar, çanaqda həddən artıq temperatura imkan vermir. Bu da kişilər üçün çox vacibdir

6.Ağrıyan dizləri sakitləşdirir

Dizlərində problem olanlar yastıq saxladıqda, dizlər üçün bufer rolunu oynayıb, bir-birini sıxmasına, ağırlıq düşməsinə imkan yaratmır.

Ona görə də hamilə qadınlar yalnız ayaqlarının arasına yastıq qoyduqda rahat yatır, bu həm onlar, həm də körpə üçün əlverişlidir. Siz də sınayın

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.