Maraqlı

Saçını məxmər və ipək lentlərlə bəzəyən məşhurlar - FOTO

16 Noyabr 2019 22:58
0 Şərh     Baxış: 732

Xüsusilə qırmızı xalı mərasimlərindən sonra dünya ulduzları bir çox saç tendensiyalarının üzə çıxmasına birbaşa təsir edir. Klassik saç yığımlarından yorulan məşhurlar saçlarını aksessuarlarla bəzəməyə üstünlük verir. Bunlardan biri də lentlərdir.

Milli.Az xəbər verir ki, saçlara məxmər və ipək lentlərlə bəzək vurmaq 2020-ci ilin əsas trendlərindən biri olacaq.

80-cı illərdə belə lentlərə aktrisa Ketrin Denyov və Bricit Bardo üstünlük verirdi. Onlar hörüklərini rezinlə yox, lentlə yığmağı xoşlayırdı. Hazırda retro detal əsas tendensiyaya çevrilib: Emili Ratakovski, Marqot Robi, Keyt Midlton, Nikol Kidman kimi ulduzlar bu bəzəyin pərəstişkarlarıdır. Lentlər istənilən rəngdə ola bilər, ancaq əsl klassika qara və ya tünd qırmızıdır. Şəkillərə baxıb onlardan nümunə götürə bilərsiniz. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.