Maraqlı

Səhvən qeyri-leqal immiqrant hesab edilmiş ABŞ vətəndaşına təzminat ödəniləcək

16 Noyabr 2019 07:11
0 Şərh     Baxış: 1 112
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Miçiqan ştatındakı Qrand-Rapids şəhərinin administrasiyası mənşə etibarilə Latın Amerikasından olan ABŞ vətəndaşı, müharibə veteranı, federal immiqrasiya xidmətinin nümayəndələri tərəfindən qanunsuz olaraq həbs edilmiş Cilmar Ramos-Homesə 190 min dollar təzminat ödəyəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Miçiqan ştatının hüquq müdafiə təşkilatları və iddiaçının vəkili tərəfindən ştatın mülki hüquqlar departamentinə verilmiş şikayətə cavab olaraq Qrand-Rapids şəhərinin komissiyası Cilmar Ramos-Homesə təzminat ödənilməsi barədə yekdilliklə qərar qəbul edib.

Hadisə keçən ilin dekabr ayında baş verib. O vaxt gömrük nəzarəti xidməti Cilmar Ramos-Homesi səhvən qeyri-leqal immiqrant hesab edərək üç gün həbsxanada saxlayıb, lakin həqiqi vəziyyət aydınlaşdırılandan sonra azad edilib.

Miçiqan ştatında doğulmuş Cilmar Ramos-Homes ABŞ-ın tamhüquqlu vətəndaşıdır. Onu həbs etmiş polis kapitanı Kertis Vander Koy 20 saat müddətinə işdən kənarlaşdırılıb.

Miçiqan ştatının Amerika vətəndaş Azadlıqları İttifaqı və İmmiqrantları Hüquqları üzrə Miçiqan Mərkəzi aprel ayında Cilmar Ramos-Homesin adından şikayət edərək bildiriblər ki, Vander Koy onu irqi əlamətə görə ayrı-seçkiliyə məruz qoyub və beləliklə, Mülki Hüquqlar haqqında Elliott-Larsen Qanununun tələblərini pozub.

1976-cı ildə qəbul edilmiş Mülki Hüquqlar haqqında Elliott-Larsen Qanununa əsasən Miçiqanda işə qəbul, mənzil icarəsi, təhsil və ictimai istifadə yerlərinin əlçatanlığı məsələlərində dini, irqi mənsubiyyət, dərinin rəngi, milli mənşə, yaş, cins, boy, çəki, ailə vəziyyəti kimi əlamətlərə görə ayrı-seçkiliyi qadağan edilir. Bu qanun 1977-ci il martın 31-də qüvvəyə minib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.