Maraqlı

Növbəti Xiaomi Mi Mix barəsində yeni məlumat verildi

19 Noyabr 2019 08:25
0 Şərh     Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baxmayaraq ki, Xiaomi şirkəti sentyabr ayının sonunda Mi Mix Alpha smartfon modelini təqdim etmişdi, artıq indidən internetdə yeni Mi Mix modeli barəsində məlumatlar ortaya çıxır. Məşhur hindistanlı insayder Sudhanshu Ambhore-nin verdiyi məlumata əsasən növbəti Mi Mix modeli, üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə əldə edəcək.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfonun ekranı isə Samung istehsalı olan 2K keyfiyyətli Super AMOLED olacaq. Bununla yanaşı ekran həmçinin 120 Hz təsvir yenilənməsini dəstəkləyəcək. Smartfon barəsində hələki digər bir məlumat yoxdur. Lakin güman etmək ola ki, növbəti Mi Mix modeli Snapdragon 865 prosessoru ilə təchiz olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.