Maraqlı

“Motorola” elastik ekrana malik “RAZR” smartfonunu təqdim edib

19 Noyabr 2019 08:05
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Motorola" şirkəti elastik ekranlı qatlanan smartfonunu təqdim edib. "Samsung Galaxy Fold" cihazından fərqli olaraq yeni "Razr" açılmış formada planşeti deyil, adi smartfonu xatırladır, ona görə qatlanmış formada ölçüsü çox yığcamdır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğunun korpusu polad və "Gorilla Glass" şüşəsindən işlənib hazırlanıb. Cihaz tərəflər nisbəti 21:9, təsvir ölçüsü 2142x876 piksel təşkil edən plastik örtüklü 6,21 düym diaqonallı elastik OLED displeyə malikdir. Bundan başqa, yeni "Motorola Razr" su damcılarından qorumaya malikdir, xüsusi örtük elektronikanı müdafiə edir. Amma cihazı suya salmaq olmaz.

"Razr" smartfonu qatlanmış vəziyyətdə də faydalıdır: 2,7 düymlük "Quick View" (800x600 piksel) displeyi vasitəsilə zəng etmək, yazışmaq, kontaktsız ödənişi təsdiq etmək, musiqini idarə etmək, keyfiyyətli əsas kamera ilə "selfi" çəkmək və bəzi sazlamaları dəyişdirmək olar.

"Motorola Razr 2019" aparatı "Qualcomm Snapdragon 710" prosessoru, 6 QB əməli və 128 QB daxili yaddaşla təchiz edilib. Əsas kameranın təsvir ölçüsü 16 meqapikseldir və f/1.7 obyektivinə malikdir, ön kameranın təsvir ölçüsü 5 meqapikseldir.

"Android 9 Pie" sisteminin idarəetməsi altında işləyən smartfon ABŞ-da yanvardan etibarən 1499 dollar qiymətinə satışa çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.