Maraqlı

Çində nəhəng külək generatoru hazırlanıb

19 Noyabr 2019 08:21
0 Şərh     Baxış: 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin cənub-qərbində yerləşən Çunsin şəhərində diametri 210 metr olan rotorla təchiz edilmiş külək generatoru hazırlanıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "H210-10MW" dəniz külək qurğusunun gücü 10 mvt təşkil edir. O, Çində rotorunun diametri 200 metrdən çox olan ilk külək turbinidir. Bu nəhəng generator Çinin "CSIC" gəmiqayırma korporasiyasının törəmə şirkəti olan "Haizhuang Windpower" tərəfindən işlənib hazırlanıb. Yaxın vaxtlarda istifadəyə verilməsi gözlənilir.

"Haizhuang Windpower" şirkətinin nəzdində fəaliyyət göstərən Elmi Tədqiqat İnstitutunun direktoru Han Huali məlumat verib ki, hər bir "H210-10MW" aqreqatı hər il təxminən 40 milyon kVt/saat elektrik enerjisi hasil etmək qabiliyyətinə malikdir ki, bu da ölkədə mövcud olan 5 mvt gücündə analoqun göstəricisini iki dəfə üstələyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.