Maraqlı

“Dell” öz kompüterlərinin tullantılarını azaltmağı planlaşdırır

19 Noyabr 2019 07:51
0 Şərh     Baxış: 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kompüter texnikasının istehsalı ilə məşğul olan ABŞ korporasiyası ətraf mühitə zərər verməyən qurğuların sayının artdığı haqqında məlumat verib. 2030-cu ilədək "Dell" korporasiyası hər bir qurğu üçün ekvivalent məhsulu təkrar istifadə etməyi və ya yenidən emal etməyi planlaşdırır.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Dell" şirkəti bərpa olunan enerji mənbələrinə keçməyi, həmçinin mümkün qədər az zərərli materiallardan istifadəni planlaşdırır. Şirkət 2030-cu ilədək öz məhsulunu daha enerji səmərəli etməyi və tullantıları iki dəfə azaltmağı planlaşdırır, bundan başqa, tullantıları azaltmaq üçün başqa şirkətlərlə əməkdaşlıq edəcək.

"Dell", həmçinin öz üzərinə utilizasiya sahəsində yeni öhdəliklər götürüb. 2030-cu ilədək hər bir qurğu üçün ekvivalent məhsulun təkrar istifadəsi və ya yenidən emalı planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.