Maraqlı

İldə bir neçə dəfə çiban çıxaranlar – Niyə yaranır?

14 Noyabr 2019 22:05
3 Şərh     Baxış: 4 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çiban partladıqda içərisindən irin axan və iltihabı daha da yayılan dəri infeksiyasıdır. İldə bir neçə dəfə çıxan çibanlar ümumi yayılmış bir problemdir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, əksər insanlarda ildə bir dəfədən çox görülən çibanlar ciddi xəstəliklərdən xəbər verə bilər. "Staphylococcus aureus" adlı bakteriyalar çibanların çıxmağına səbəb olur.

Bundan əlavə çıbanın çıxmağına aşağıdakılar səbəb olur:
 
-diabet -tiroid (qalxanvari vəz) səbəbiylə həddindən artıq tərləmə -immunitet sisteminin zəifləməsi -böyrək çatışmazlığı -anemiya - xərçəng -ekzema - göbələk dəri xəstəlikləri
 
- uzun müddət hərəkətsiz qalma, oturaq həyat - qıcıqlanma və sürtünməyə səbəb olan dar geyimlər - sintetik parça, çirkli və mikroblar - sərt kimyəvi maddələrə məruz qalma -
 
uzun müddət yorğunluq, aclıq -həddindən artıq arıqlama - spirtli içki istifadəsi - vitamin və protein çatışmazlığına səbəb ola bilər

Çibanın əlamətləri:

- Dəridə noxud boyda şişkinlik
- Ağrı və ya sızıltı
- Şişkinliyin ortasında ağ və ya sarı irin

- Çibanın ətrafında temperaturun artması
- Yorğunluq
 - Qızdırma
- Qaşınma, qızartı
 
 

Çiban ümumiyyətlə çıxdıqdan 10 gün sonra evdə müalicə ilə kortəbii şəkildə keçir. Onu sıxmaq olmaz.

Çibanın partladığı dəri ətrafını da təmiz bir parça ilə silmək lazımdır. Ona çılpaq əllərlə toxunmaq olmaz. Əks təqdirdə iltihab yayıla bilər. Çibanın içinin tam boşalması üçün gündə 5-10 dəqiqə isti kompres tətbiq olunmalıdır. Çiban çox böyükdürsə, tibbi yardım axtarılmalı və çibanın üzərində kiçik bir kəsik açaraq iltihab boşaldılmalıdır.

Göz ətrafında meydana gələn çibanlar həmişə bir həkim tərəfindən müalicə edilməlidir. Çünki, gözdə olan infeksiyanın keçib qan dövranına keçərək beyinə çatma riski var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.