Maraqlı

Qreta Tunberq İspaniyaya avstraliyalı ailənin katamaranında yollanacaq

13 Noyabr 2019 23:00
0 Şərh     Baxış: 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madriddə dekabrın 2-dən 13-dək BMT-nin COP25 adı ilə tanınan iqlim sammiti keçiriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, isveçli gənc fəal Qreta Tunberq Atlantikanı keçərək İspaniya paytaxtına çatmaqdan ötrü uyğun nəqliyyat tapmaq məqsədilə özünün "Twitter" səhifəsində yardım üçün müraciət edib. 16 yaşlı Qreta özünün şəxsi əqidəsinə görə ekologiyaya təsiri azaltmaqdan üçün hava nəqliyyatından imtina edir.

Katamaranda dünya səyahətinə çıxan və bunu "YouTube" kanalında yayımlayan avstraliyalı cütlük isveçli fəala özünün 15 metrlik gəmisi ilə getməyi təklif edib.

BMT-nin iqlim sammiti Çilinin paytaxtı Santyaqoda keçirilməli idi. Lakin ölkədə metroya gediş haqqı artırıldıqdan sonra baş verən iğtişaşlar səbəbindən Prezident Sebastyan Pinyera iqlim sammitinin təşkilindən imtina etməyə məcbur oldu. Çili hər bir halda sammitdə sədrlik edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.