Maraqlı

Çikaqoda şaxtalı hava 33 illik rekordu yeniləyib

13 Noyabr 2019 21:59
0 Şərh     Baxış: 1 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sibirdən gələn hava kütlələri Birləşmiş Ştatların şərqinə rekord şaxtalar və qar gətirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, noyabrın 12-də Çikaqoda havanın temperaturu mənfi 13 dərəcəyə enərək 1986-cı ilin rekordunu yeniləyib.

Milli Meteorologiya Xidməti belə hava şəraitinin noyabr ayı üçün deyil, daha çox yanvarın ortaları üçün xarakterik olduğunu bildirib.

Buffalo və Detroyt şəhərlərinə təxminən 25 santimetr yağıntı düşüb, Vermont və Men ştatlarında da analoji hava şəraiti müşahidə edilir. Kəskin soyuqlar səbəbindən məktəblərin və müəssisələrin çoxu bağlanıb. Avtomobil yollarında çox sayda yol-nəqliyyat hadisələri qeydə alınıb, aeroportlarda mindən çox reys ləğv edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.