Maraqlı

Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib

13 Noyabr 2019 06:30
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görkəmli fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın Fransadakı turizm səfiri təyin edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Özbəkistanın baş nazirinin müavini Əziz Abduxakimov mətbuat konfransında məlumat verib.

O deyib ki, hazırda Özbəkistanın xarici ölkələrdə 14 turizm səfiri fəaliyyət göstərir və onların hamısı tanınmış adamlardır. Turizm səfirlərinin altısı hazırda Özbəkistandadır və onlar Daşkənddə keçiriləcək "İpək Yolu ilə Turizm" beynəlxalq turizm yarmarkasında iştirak edəcəklər.

Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye isə deyib ki, o, Özbəkistanın turizm potensialıni təkcə Fransada yox, bütün Avropa ölkələrində təbliğ edəcək.

Aktyor bildirib ki, noyabrın 26-dək Özbəkistanda "İpək Yolu" adlı film çəkir, baş rolun ifaçısı da özüdür. O vurğulayıb ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində lentə alınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.