Maraqlı

"Issız adam"ın qəhrəmanı çəkiclə məşqçiyə hücum etdi

12 Noyabr 2019 09:55
0 Şərh     Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sarıyerdə atçılıq və oxatma üzrə təlim keçən aktyor Camal Hünal işlədiyi idman mərkəzinin məşqçisi ilə dava edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor Ufuq Tunca ilə mübahisə etdikdən sonra ona hücum çəkib. Hadisə şahidinin sözlərinə görə, Hünalın əlində çəkic də olub. Tunca polisə şikayət edib.

Ancaq daha sonra tərəflər razılığa gələrək barışıblar və şikayət ərizəsi geri götürülüb.

Qeyd edək ki, o, illər əvvəl çəkilən "Issız adam" filmi ilə şöhrət qazanıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.