Maraqlı

OnePlus 8-in real fotoları təqdimatdan 6 ay öncə sızdırıldı

15 Noyabr 2019 07:11
0 Şərh     Baxış: 684
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin yaz fəslində OnePlus şirkəti OnePlus 8 və OnePlus 8 Pro smartfonlarını təqdim etməlidir. Lakin artıq indidən sözügedən smartfonlardan birinin real fotoları ortaya çıxıb. Çox güman ki, ortaya çıxmış fotolar smartfonun işlək prototipinə aiddirlər. Milli.Az technote.az-a istinadən bildirir ki, ortaya çıxmış fotolarda əks olunmuş smartfon qradient rəngə və kənarları əyilmiş ekrana sahibdir.

    Bununla yanaşı smartfon ikili ön kamera ilə təchiz olunub və o, ekran üzərində yerləşdirilib (Galaxy S10+ modelindəki kimi). Arxa kameralar isə şaquli formada yerləşdiriliblər. Çox güman ki, bu, dördlü arxa kameradır. Bununla yanaşı smartfonun arxa panelində OnePlus 5G yazısı əks olunub. Bu isə o deməkdir ki, gələn ilki flaqman smartfon 5G şəbəkə dəstəyini əldə edəcək.

    Qeyd etmək lazımdır ki, ortaya çıxmış real fotolardakı cihaz bir neçə müddət bundan öncə OnLeaks ləqəbi ilə tanınan məşhur insayder tərəfindən təqdim edilmiş render fotolarındakı cihazdan fərqlənir. Belə ki, insayder tərəfindən təqdim edilmiş render fotolarındakı smartfon bir ədəd ön kameraya sahib idi və onun dördüncü arxa kamerası digər üç kameradan ayrı yerləşirdi. Buna görə də belə qənaətə gəlmək olar ki, real fotoları sızdırılmış smartfon ya OnePlus 8 Pro ya da 5G dəstəkli xüsusi OnePlus modelidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.