Maraqlı

OnePlus smart saatlarını yaxın zamanlarda gözləməyin

15 Noyabr 2019 08:01
0 Şərh     Baxış: 349

Bir neçə gün əvvəl OnePlus-un şərti adı OnePlus Watch olan ağıllı saatlar üzərində işlədiyi barədə məlumatlar yayıldı. Elə o zaman bu saatların 2020-ci ilin ilk aylarında OnePlus 8 ilə birlikdə çıxa biləcəyi bildirildi. Lakin TED.az xarici mətbuata istinadən xəbər verir ki, insayder İşan Ağarval (İshan Agarval) tərəfindən verilən yeni məlumatlara görə, OnePlus-un ağıllı saatı yaxın gələcəkdə görünməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, qurğu inkişafın erkən mərhələsindədir, onu əmtəə vəziyyətinə çatdırmaq üçün hələ çox vaxt sərf olunmalıdır. İnformator cihazın hələ gələn il buraxılacağını gözləsə də, OnePlus-un ağıllı saatlarının heç olmayacağı ehtimalı da var. Yeni smartfonlar isə dəqiq olacaq - OnePlus 8 artıq canlı fotoşəkildə işıqlandırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.