Maraqlı

Yunanıstan vergi güzəştləri vasitəsilə yeni səhmdarlar cəlb edəcək

14 Noyabr 2019 08:15
0 Şərh     Baxış: 508
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yunanıstan yeni vergi güzəştləri tətbiq edəcək. Bu yolla o, zəngin səhmdarlar cəlb etmək fikrindədir. Güzəştlərə gəlir vergisinin azaldılması, dividendlərə qoyulan verginin iki dəfə azaldılması və xarici gəlirlərə vahid verginin tətbiq edilməsi daxildir.

Bunun zəngin əcnəbilərin ölkəyə axınına  və nəticədə ölkə iqtisadiyyatında səhmlərin artımına yol açacağı gözlənilir.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, əsas olaraq, korporativ verginin 28%-dən 24%-ə endirilməsi nəzərdə tutulub.  Dividendlərdən gələn gəlirə qoyulan verginin 10%-dən 5%-ə qədər azaldılması gözlənilir. Bundan başqa, hökumət Yunanıstanın vergi rezidenti olmq istəyən səhmdarlar üçün xüsusi poqram istifadəyə verməyi təklif edir.  Onlar xarici gəlirlərə illik 100 000 avro məbləğində vahid vergi ödəyəcəklər. Ailənin hər bir üzvü üçün əlavə ödəniş 20 000 avro olacaq.

Proqram iştirakçıları həm də Yunanıstan hüdudlarından kənardakı aktivlərə varislik vergisindən də azad olunacaqlar.

Qeyd edək ki, güzəştlər əldə etmək üçün müəyyən şərtlər də mövcuddur: ən azı 183 gün ölkədə olmaq, ilk üç ili yunan iqtisadiyyatına vergi rezidenti kimi 500 000 avro yatırım etmək (daşınmaz əmlaka, səhmlərə və istiqrazlara). Yatırım həcmi 1,5 mln. avroya çatsa xarici gəlirlərə qoyulan vahid vergi iki dəfə azaldılacaq, 3 mln. avro-ya çatdıqda isə vergi 25 000 avro olacaq. Güzəştlər 15 il ərzində hökumətin dəyişməsindən belə asılı olmayaraq qüvvədə olacaq.

Yeni düzəlişlər noyabr-ın sonunda səsverməyə çıxarılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.