Maraqlı

“CloudKitchens” startapı Səudiyyə Ərəbistanın Fondundan 400 mln. dollar cəlb edib

14 Noyabr 2019 08:41
0 Şərh     Baxış: 574
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Uber" şirkətinin keçmiş başçısı Travis Kalanick-in CloudKitchens startapı Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondundan 5 mlrd. dollar dəyərləndirmə ilə 400 mln. dollar cəlb edib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, 2018-ci ilin yazından bəri müzakirə edilən əməliyyat 2019-cu ilin yanvarında baş tutur.

Buna qədər Kalanick startapa öz sərvətindən yatırım edib - "Uber" səhmlərinin satışından  əldə edilən 200 mln. dollar. Bu barədə mənbələrdən birində deyilib. Onun sözlərinə görə, yanvarda Kalanick əlavə 100 mln. dollar sərmayə yatırıb. İİF (İctimai İnvestisiya Fondu) rəy bildirməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.