Maraqlı

“Uber Eats” restoranlar üçün reklam meydanına çevriləcək

14 Noyabr 2019 07:21
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

TechCrunch, şirkətə istinadən xəbər verir ki, "Uber" şirkəti "Uber Eats" tətbiqində reklam satmağa başlayacaq.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, şirkətin saytında Uber Eats Ads rəhbəri vakansiyası var. Onun işi yeni reklam biznesi qurmaq və müştəri bazasını artırmaqdan ibarət olacaq. Yeni xidmətin ofisi Torontoda açılacaq.

"Uber" nümayəndəsi şirkətin öz meydançasında reklam satacağını təsdiqləyib. Bu, Uber Eats-ın gəlirinin artmasına kömək edəcək.

Qeyd edək ki, üçüncü rübdə "Uber Eats"-ın itkisi 316 mln. dollar olub. Amma xidmətin gəliri keçən illə müqayisədə 64% artıb və buna görə də TechCrunch belə hesab edir ki, şirkət reklamlardan gəlir əldə edə və istifadəçilərin diqqətini çəkə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.