Maraqlı

Ədəb ilə ağılın nə kimi əlaqəsi var?

15 Noyabr 2019 23:45
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Əli (ə) buyurur: "Sübhan Allaha ən yaxın insan - o kəsdir ki, ən üstün imana malikdir".

Ədəbin iki növü vardır: hüsni-ədəb və sui-ədəb. Ədəb sözünün mənası genişdir. Düzgün rəftarlara - yaxşı ədəb, pis və bəyənilməyən rəftarlara isə pis ədəb deyirlər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yaxşı ədəb dedikdə, insanlığın tanıdığı qırmızı xətləri qorumaq nəzərdə tutulur. Yəni, əgər şəxs öz insanlıq sərhədlərini qoruya bilərsə, o zaman özünü pis ədəbdən qoruya bilər. Bunun üçün isə insanlığın sərhədlərini tanıması zəruridir. Yəni, hansı rəftarların bəyənilən və hansılarının bəyənilməyən olmasını bilməsi lazımdır.

Ancaq bu zaman danışıq və rəftarında ədəb qaydalarına riayət edə biləcəkdir.

Hədislərdə oxuyuruq:

"Hüsni-ədəb, yəni gözəl olan ədəb nəslin çirkinliyini gizlədər".

"Çirkin rəftar yolu ilə insan üçün heç bir şərafət qalmaz".

"Ən pis bağlar - o ruhi bağlardır ki, çirkin rəftar yolu onda mələkə halını almış olsun".

Din alimlərinin də nəzərinə görə, insanın əxlaqının rəzil və fəzilətli olması, onun ədəbindən çox asılıdır. Nəfsi mələkələr iki hissəyə bölünürlər: fəzilətli olanlara və rəzil olanlara. Əgər sifət gözəldirsə - fəzilətdir. Əgər çirkindirsə - rəzil sifətdir.

Alimlərin nəzərinə görə, insan əxlaqına və ədəbinə təsir edən əsil amil - əməli ağıldır. Əməli ağıl hər bir insanda mövcuddur. Rəftarların yaxşı və pis olması onu aydın edər və ortaya çıxardar. Misal üçün deyər: "Ədalət - gözəl və zülm - pisdir".

İnsan rəftarına bu cür baxış səbəb olar ki, deyək: ədəb - rəftar yollarının məcmuəsidir və ona görə də əxlaqdan ayrı şəkildə bəhs edilməməlidir.

Hədislərimiz buyurur ki, ədəb ilə ağılın sıx rabitəsi vardır. Belə ki, oxuyuruq: "O kəsin ki, ağlı yoxdur - ədəbi yoxdur".

Ona görə də deyə bilərik ki, insanda olan ədəb elə bir ağaca bənzəyir ki, kökləri ağıldır.

Hər kim ədəbə malik olar - o, Allah yolunun yolçusu olar. Çünki ağlı onu bu yola hidayət edər və buyurar ki, əgər Allaha yaxın olmaq istəyirsənsə, gərək yaxşı rəftarlar nümayiş etdirəsən.

Ona görə də deyə bilərik ki, möminin ədəbə malik olması - zəruri amillərdəndir. Ədəbi olarsa, İlahi qürb məqamına çatması da asan olar.

İmam Sadiq (ə) buyurur: "Ataların övladları üçün qoyub getdiyi ən yaxşı miras - ədəbdir, mal deyil. Çünki mal məhv olandır. Ancaq ədəb qalıcı və cavidandır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.