Maraqlı

İmam Hüseynin bu qızı, İmam Səccadı öz çıxışı ilə müdafiə etdi

15 Noyabr 2019 21:45
0 Şərh     Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aşura hadisəsini görən və onu öz canı ilə hiss edən banulardan biri də bibisi kimi şücaətli olan Səkinə xanım idi.

Ömrünün son günlərinə qədər İlahi hökmləri qorumuş və İlahi göstərişlərə tabe olmuşdur.

Bu xanım, İmam Hüseynlə (ə) Rübabın qızı, Əli Əsğərin (ə) bacısı idi. Tarix Aşura hadisəsi zamanı bu xanımın yaşını 10-15 yaş arasında zikr edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Səkinənin (s.ə) şeirə böyük rəğbəti var idi və şeir qoşmağı bacarırdı. Zərkəli onun barəsində nəql edir: "Hüseyn ibn Əlinin (ə) qızı Səkinə şərif, şair və kərim xanım idi. Əsrinin qadınlarının sərvəri və xoş nəfsə malik olanlardan idi. Şairlər onun ətrafında toplaşardılar. Elə əyləşərdilər ki, onlar xanımı görməzdilər, ancaq xanım onları görərdi. Onların şeirlərini eşidər və hansının o birisindən daha üstün olduğunu söylərdi. Şeirlərini qiymətləndirər və onlara hədiyyə verərdi".

Aşura hadisəsindən sonra xanımın fəzilətlərindən biri də Yezidin (lən) qarşısında etdiyi xütbədir. Xanımın yaşının az olmasına baxmayaraq, xütbəsi bəlağətli və təsirli idi. O, Allahı həmd edir və deyir: "Müqəddəs Allaha həmd və sitayiş olsun səhradakı qumların sayı qədər və Mehriban Allahın ərşinin ağırlığı qədər. Yerin və göyün səthi qədər, Ona həmd edirik".

Sonra xanım atasını tanıdaraq, onun imamət məqamından xəbər verdikdən sonra buyurur: "Zürrəsinin və övladlarının Fəratın kənarında başları kəsildi. Halbuki, heç kəsi öldürməmişdilər ki, qisas tələbində olsunlar".

Sonra xanım Qədir-Xum hadisəsini Aşura hadisəsi ilə rabitələndirib buyurur ki, bu faciənin yaranmasının əsil səbəbi - beyət edənlərin beyətlərinə sahib çıxmamaqları olmuşdur. İmam Əliyə (ə) nə həyatda və nə də şəhadətindən sonra yardım etməyənlər haqqında şücaətlə danışır və onların əməllərini tənqid edir.

Xanım Kufə camaaatının vəfasızlığına işarə edir. Onları məkr və hiylə əhli adlandırır. Sonra buyurur ki, Əhli-Beytin (ə) başına gələn bu bəla - gözəl bəlalardandır. Çünki Allah yolunda olan bəladır.

Ayətullah Cavadi Amuli xanım Səkinənin (s.ə) bu xütbəsi barəsində yazır: "Xanım Səkinə qəlbləri yandıran çıxışı ilə İmam Səccadın (ə) imamətliyini qoruyur və düşmənlərin ona ziyan verməsinin qarşısını alır".

Yəni, xanımın atəşli sözləri insanların fikrini İmam Səccadla (ə) bağlı fikirlərdən ayırır və özünə tərəf cəlb edir. Bu yolla xanım qardaşının imamətlini qorumuş olur və eyni zamanda, insanları öz məntiqli sözləri ilə qəflətdən ayıldır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.