Maraqlı

Dinin həqiqi olmasının meyarı nədir?

14 Noyabr 2019 23:55
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir dinin haqq olmasının meyarı budur ki, mütaliə yolu ilə onun əqidə və əxlaqi göstərişləri ilə tanış olmaqla, onun ağlın qəbul etdiyi əməllərə uyğun gəlib-gəlməməsini araşdırmaqdır. Əgər bu dinin əqidəsi ağlın qəbul etdiyi əməllərə aiddirsə və xurafat ilə müxalifdirsə, deməli bu din haqq dinidir.

Həqiqi din öz davamçılarını gözəl əxlaqa, ictimai fəsaddan qaçmağa, insanları nəhy-əz-munkər və əmr-be-məruf etməyə dəvət edər.

Amma əgər bu dinin əqidəsi batil və göstərişləri süstdürsə, deməli həqiqi din deyildir. Belə bir dinin ardıcılı olan insan, cəmiyyətdəki fəsadlarla mübarizə aparmağa qadir olmaz.

İslam dininin əvvəllərində müsəlmanlar məhz bu yolla İslam dinini qəbul edirlər. Onlar İslam dininin əqidə və qanunları barəsində təfəkkür edəndən sonra, onun haqq din olduğuna əmin olmuş və onu qəbul etmişdilər.

Ömər ibni Ənbəsə nəql edir ki, besətin əvvəllərində Məkkədə Həzrət Peyğəmbərin (s) xidmətinə gəlmişdim. Ondan soruşdum ki, siz kimsiniz?

Buyurdu ki, mən peyğəmbərəm.

Soruşdum ki, peyğəmbər nə deməkdir?

Həzrət (s) buyurdu ki, Allahın göndərdiyidir.

Dedim ki, həqiqətən Allah sizi göndərmişdir?

Buyurdu ki, bəli.

Dedim ki, nə üçün göndərilmisiniz?

Buyurdu ki, ona görə ki, tək Allaha pərəstiş edəsiniz və Ona şərik qərar verməyəsiniz. Bütləri sındırasınız və qohumlarınızla yaxşı rəftarda olasınız.

Dedim ki, Allah sizi yaxşı işlər üçün göndərmişdir.

Bu sözlərdən sonra İslam dinini qəbul etdim.

Xalid ibni Səəd nəql edir: "Peyğəmbərlə (s) görüşüb, dedim: "Sən bizi hansı əməllərə dəvət edirsən?".

Həzrət (s) buyurdu: "Yeganə olan Allaha iman gətirmək. Və daşa pərəstiş etməyi tərk etmək ki, nə eşidir, nə danışır və nə də ziyan vurur. Nə kiməsə faydası dəyir".

Xalid şəhadətləri deyir və İslam dinini qəbul edir. Həzrət (s), Xalidin bu əməlindən sevinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.