Maraqlı

Allahdan qorxmaq deyildikdə, nə nəzərdə tutulur?

14 Noyabr 2019 21:55
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!". ("Həşr" 18).

Əlbəttə, bu həqiqəti qəbul etmək lazımdır ki, Allah nə zalımdır və nə də yersiz yerə heç kəsə cəza verməz. Ona görə də Allahdan qorxmaq deyildikdə, Allahın məqam və əzəmətinə mərifət əldə etmək nəzərdə tutulur.

Əmirəl-möminin (ə) namazlarının bəzisində özündən gedər və qəşş edərdi. İmam Səccad (ə) azan səsini eşidən zaman bədəni titrəyərdi. Çünki bu insanların Allahın əzəmətinə görə elmləri sonsuzdur. Onlar yaxşı bilirlər ki, Allah kimdir və nəyə qadirdir. Bu elm onları Allah qarşısında titrəməyə gətirib çıxardır.

Allah zalım deyildir ki, ondan qorxaq. Bəlkə Ona itaətsizliyə görə qəzəblənməyini təsəvvür etsək, istər-istəməz biz də xoflanarıq. İnsanın qorxmalı olduğu Allah deyildir, bəlkə Allahın uca məqamıdır. Biz Allaha aşiqik, ancaq məqamından qorxuruq. Çünki Onun nə qədər əzəmətli olduğunu bilirik.

İmam Sadiq (ə) yuxarıdakı ayənin təfsirində buyurur: "O kəs ki, bilər Allah onu görür, nə deyirsə eşidir, xeyir və şərdən nə yerinə yetirdiklərini bilir - bu diqqət etmək onu qəbahətli əməllərdən saxlayar. Bu, o kəsdir ki, Allahın məqamından qorxar, özünü nəfsani istəklərdən saxlayar".

Qüdsi hədisdə oxuyuruq: "İzzətimə and olsun ki, bəndəm üçün iki qorxunu birləşdirmərəm. Onun üçün iki əmin-amanlığı cəm etmərəm. Əgər bəndəm dünyada özünü Məndən amanda görərsə, onu Qiyamət günü qorxuya salaram. Əgər dünyada Məndən qorxarsa, Qiyamət günü onu amanda qərar verərəm".

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər". ("Ənfal" 2).

"Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri Cənnətdir". ("Naziat" 40-41).

"Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür". ("İbrahim" 14).

Gərək bilək ki, Allah zalım deyildir. Ancaq istəyir ki, bəndələri Onun məqamından çəkinsilər. Çünki o kəs ki, Allahın ona diqqət etdiyini bilər, Ondan qorxar və nəticədə qəbahətli işlərdən əl çəkər.

Bu qorxu - bəyənilən qorxudur. Çünki insanı islah və tərbiyə edər və qoymaz ki, günaha batsın. Hər kim Allahın məqamı haqqında nə qədər məlumata malik olarsa, bir o qədər Allahdan qorxar.

İmam Rza (ə) buyurur: "O kəsin ki, Allahdan qorxusu olmaz - dünya və axirətdə ona ümid yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.