Maraqlı

İmam Həsən Müctəbanın (ə) Müaviyyəyə verdiyi ibrətli dərs

14 Noyabr 2019 23:50
0 Şərh     Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir gün Müaviyyə (lən) İmam Həsənə (ə) müraciət edərək deyir: "Mən səndən daha üstünəm".

Əziz İmam (ə) buyurur: "İddian üçün dəlilin vardırmı?".

Müaviyyə (lən) deyir: "Bəli. İnsanların əksər hissəsi mənimlə razıdırlar. Mənim ətrafımda gəlib-gedirlər. Halbuki, heç kəs səninlə birlikdə deyildir, məgər az miqdarda insandan başqa".

Həzrət İmam Həsən (ə) buyurur: "Sənin ətrafında qərar tutan insanlar iki dəstədirlər:

1. Bir dəstə sənə mütidirlər.

2. Bir dəstə isə çarəsizlikdən sənin ətrafındadırlar.

O kəslər ki, öz meyil və istəkləri ilə sənin ətrafındadırlar - Allaha və Rəsuluna müxalif olanlar və günahkarlardır.

O kəslər ki, çarəsizlikdən səninlədirlər - Allah dərgahında cəzalanacaqlar.

Ey Müaviyyə, mən demirəm ki, səndən üstünəm. Çünki səndə bəyənilən fəzilətlər mövcud deyildir.

Necə ki, Allah səni əməllərinə görə fəzilətlərdən pak etmişdir, məni isə rəzilliklərdən pak etmişdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.