Maraqlı

Ürfani musiqinin heyvani müsiqi ilə fərqi

14 Noyabr 2019 21:20
0 Şərh     Baxış: 762
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamımız yaxşı bilirik ki, ğinaya qulaq asmaq - insanın heyvani hisslərini dirçəldir. Ancaq İlahi müsiqiyə qulaq asmaq ruhumuza rahatlıq verir və sanki bizi yüngülləşdirir. İlahi musiqi insanı şəhvət və qəzəb hissindən uzaqlaşdırır.

Müsiqini üç hissəyə bölürlər:

1. O müsiqilər ki, insanda ruhani hallar yaradar.

2. O müsiqilər ki, fasiq məclislərinə aid edilir və ğina adlanır.

3. O müsiqilər ki, şübhəlidir. O zaman ki, doğru yolu tanıyırıq, niyə şübhəli olan yolla gedək ki?!

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dinimiz buyurur ki, azan oxuyan şəxsin səsinin gözəl olması müstəhəb əməllərdəndir. Çünki səsi gözəl olan insanın oxuduğu azan qulaqlarımıza rahatlıq və hüzur hissi verər və ruhumuz bu səsdən ləzzət alar.

Hər bir halda hər kim özünü təranələrə qulaq asmaqla məşğul edər - təcrübəsi və bilgisi artdıqca, görər ki, bu mahnılar onun zövqü ilə təzad təşkil edir. Əgər insan ürfani qəzələ və dini mahnılara qulaq verərsə, bu şeirlər və mahnılar hafizəsində uzun müddət qalar və insan onlardan ləzzət alar.

İnsanın biliyi və təhlili artdıqca, təranələr onun üçün dəyərsiz görünər və daha çox şeirə qulaq asmağa meyil edər. Çünki təranələr onda yanlış ləzzət hissi yaradar, ancaq qəzəl və şeirlər belə deyildir. Onların insana verdiyi ləzzət həqiqidir.

Beləliklə deyə bilərik ki, ğina və təranələr bizim üçün yanlış ləzzətlər yaratdığı üçün, insan düşündükcə, onlara qulaq asmaqdan ləzzət almaz. Ona ləzzət verən şey qəzəllərə və dini mahnılara qulaq asmaq olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.