Maraqlı

40 nəfərin ölümünə səbəb olan elektron siqaretin törətdiyi fəsadların səbəbi dəqiqləşib

17 Noyabr 2019 20:20
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da 40 nəfərin ölümünə səbəb olan elekton siqaretin yaratdığı fəsadlar və onun səbəbləri məlum olub.

Musavat.com bu barədə "haberler"-ə istinadən məlumat verir. Xəbərə görə, ABŞ-da ağciyər xəstəliklərinə səbəb olduğu üçün 40 nəfərin ölümünə yol açan elektron siqaretlərdəki zərərləri maddənin vitamin E asetat adlı kimyəvi qatqı maddəsi olduğu üzə çıxıb.

Milli.Az musavat.com-a istinadən bilririr ki, ABŞ səhiyyə nazirliyindən verilən açıqlamada bildirilir ki, elektron siqaretlərdə istifadə edirlən E asetat adlı kimyəvi qatqı maddəsi ölkədə insanların ağciyər xərçəngi olma sayını artıra bilər.

Nazirlik səlahiyyətliləri ölkənin 10 əyalətində elektron siqaret istifadəçisi olan 29 xəstədən alınan örnəklərin üzərində aparılan testlərdən sonra narahatlıq doğuran açıqlama veriblər. Açıqlamada qeyd edilir ki, vitamin E asetat olduqca yapışqan bir maddədir. Bu maddə elektron siqaret vasitəsilə ağciyərə daxil edildikdən sonra qəlsəmələrə hopur və oradan çıxmır.

Səlahiyyətlilər əladə edilən nəticənin böyük tapındı olduğunu bildiriblər. Nazir müavini Dr. Anne Schuchart bildirib ki, əldə edilən bu məlumatlar olduqca önəmlidir və gələcəkdə bu kimi halların baş verməməsi baxımından tibb sahəsi üçün olduqca vacib tapıntılardır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.