Maraqlı

Jerar Depardye: Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir - FOTO

11 Noyabr 2019 22:35
1 Şərh     Baxış: 613

Film çəkilişləri ilə bağlı Özbəkistanda olan məşhur fransız aktyoru Jerar Depardye Daşkənddə tikilməkdə olan İslam Sivilizasiyası Mərkəzinə (İSM) gedib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İSM-də aktyor Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimovla, mərkəzin direktoru Şoazim Minovarovla və "Özbəkkino" Agentliyinin direktoru Firdavs Abduxalikovla görüşüb.

J.Depardye onlarla görüşündə deyib ki, Özbəkistanda özündə humanist ideyalar daşıyan müqəddəs İslam dininə hörmətlə yanaşılır, bu dini zorakılıqla, qan tökməklə bir sıraya qoyanlar pislənilir. Bu gün Özbəkistan müsəlman aləmi üçün humanist inkişaf modelinin bünövrəsini qoyur.

Aktyor qeyd edib ki, Özbəkistan böyük mütəfəkkirlərin, alimlərin, ilahiyyatçıların vətənidir. O, özbək xalqının qonaqpərvərliyinə və zəngin tarixi-mədəni irsinə valeh olduğunu söyləyib. Deyib ki, Özbəkistanın nadir coğrafi ərazidə, Orta Asiyanın mərkəzində yerləşməsi burada bir çox mədəniyyətlərin qovuşmasına səbəb olub.

J.Depardye daha sonra bildirib ki, İslam irsi Özbəkistanda çəkdiyi filmin əsas mövzularından biridir. Özünün də iştirak etdiyi bu sənədli film Daşkənd, Səmərqənd, Buxara, Xivə, Termez və Nukus şəhərlərində çəkilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Alimardan · 12 Noyabr 09:1700

    razıyam ne vaxtsa olub, amma indi posledni milletlerden biridir

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.