Maraqlı

AMD, 3-cü nəsil Threadripper prosessorlarını təqdim etdi

12 Noyabr 2019 21:10
1 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AMD son illərdə prosessor bazarında əhəmiyyətli bir irəliləyiş əldə etmiş və Intel-lə rəqabətə başlayan AMD, yeni prosessorunu təqdim edib. Ryzen Threadripper 3-cü nəsil, 32 nüvəyə qədər dəstəkləyir.

Milli.Az techland.az-a istinadən bildirir ki, prosessoru təqdim edən AMD-nin baş direktoru Lisa Su, yeni prosessorun hər cür yüklənmədə daha sürətli olduğunu və bazarda ən sürətli masa üstü kompüter prosessoru olduğunu söyləyib. Yeni Threadripper seriyası 2 ayrı modellə gəlir.

Yeni seriyadakı iki modeldən birincisi 24 nüvəsi olan Threadripper 3960X idi. Baza sürəti 3,8 GHz olan Prosessorun sürətini boost ilə 4,5 GHz-ə qədər artırmaq olar.

140 MB ümumi yaddaşı olan prosessor 88 PCle xəttinə malikdir. Prosessorun TDP (təxminən istifadə edə biləcəyi Güc) 280 Vatt var və dörd kanallı yaddaşı dəstəkləyir.

Daha yüksək model olan Threadripper 3970X isə 32 nüvəyə malikdir. Bu prosessorun sürəti daha yavaş olub, 3,7 GHz təşkil edir lakin boost-dan istifadə edərək 4,5 GHz-ə qədər artırıla bilər. Bu prosessor 144 MB yaddaşa sahibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.