Maraqlı

Türkiyənin pilotsuz uçuş aparatı ANKA-dan yeni rekord

12 Noyabr 2019 21:45
1 Şərh     Baxış: 1 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatı ANKA uzun müddətli uçuş reallaşdırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Türkiyənin Aviasiya və Kosmos Anonim şirkəti TUSAŞ tərəfindən verilən açıqlamada ANKA-nın 26 saat 30 dəqiqə uçaraq yeni rekord qırdığı bildirilib.

Qeyd edək ki, ANKA-nın əsas güc parametrlərində havada uçma müddəti 24 saat olaraq qeyd edilir.

Bu pilotsuz uçuş aparatı gecə və gündüz, istənilən hava şərtlərində nəzarət, sabit və ya hərəkətli hədəfi aşkarlama, müəyyənetmə, təqib məqsədli, real zamanlı görüntü kəşfiyyatı vəzifələrini yerinə yetirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.