Maraqlı

Toyota yeni konseptini təqdim etdi

12 Noyabr 2019 22:15
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon avtomobil nəhəngi Toyota SEMA sərgisində 3000GT Concept adlı yeni konseptini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, prototip Supra-nın məşhur idman modelinin əsasında hazırlanıb. Unikal konseptin yaradıcıları TRD 3000GT-in 1994-cü ildə göstərilən nadir nümunəsinə əsaslanırıblar. Oxşar xüsusiyyətlər kapotun quruluşunda, yan ətəkləri və kuzovun digər detallarında qeyd olunur. Bundan əlavə, model indi 19 düymlük təkərlərə malikdir.

Texniki xüsusiyyətlərdən 340 at gücündə olan 3 litrlik motoru qeyd etmək lazımdır. İdman avtomobili 8 pilləli avtomatik transmissiya ilə hərəkət edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.