Maraqlı

Google təhlükəsizliklə bağlı yeni layihə istifadəyə verib

12 Noyabr 2019 08:59
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan "OpenTitan" layihəsini istifadəyə verib. Şirkət açıq spesifikasiyalı və "root-of-trust" mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.

Milli.Az olaylar.az-a istinadən bildirir ki, belə konsepsiya kibermüdaxilələrin qarşısını alan xüsusi modulun mövcudluğunu nəzərdə tutur. Məsələn, qabaqcıl "Google Pixel 4" smartfonlarında bu rolu "Titan M" mikrokontrolleri - qurğu işə salınan zaman quraşdırılmış proqram təminatının təhlükəsizliyini yoxlayan miniatür prosessor oynayır.

"OpenTitan" ideyasının mahiyyəti ondan ibarətdir ki, proqram təminatı avtorizə edilmiş və yoxlanılan kodun tətbiq edildiyi təsdiq edilmiş komponentlərdə işə salınır. Bu, düzgün proqram təminatları vasitəsilə yüklənməyə imkan verəcək, server və ya qurğunun təsdiqi üçün unikal kriptoqrafik identifikatoru təmin edəcək, şifrləmə açarları kimi məxfi məlumatları hətta qurğudan fiziki istifadə etmək imkanına malik insanlardan qoruyacaq.

"Google" nümayəndələrinin sözlərinə görə, "OpenTitan" layihəsi vasitəsilə yaradılan texnologiyalar çip istehsalçıları, platforma tədarükçüləri və infrastrukturu təkmilləşdirmək istəyən və təhlükəsizliyin qayğısına qalan təşkilatlar üçün faydalı olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.