Maraqlı

Çin “6G” şəbəkəsinin hazırlanmasını prioritet adlandırıb

12 Noyabr 2019 08:21
0 Şərh     Baxış: 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya yenicə "5G" texnologiyasından istifadəyə keçir, lakin Çində artıq altıncı nəsil mobil rabitə hazırlanır. Elm və Texnologiya Nazirliyi yeni protokolun sürətlə hazırlanması ilə məşğul olacaq iki tədqiqat qrupunun yaradıldığını elan edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Çin provayderləri yalnız bu yaxınlarda "5G" tariflərini elan ediblər. Cari ilin sonunadək Çində 130 mindən çox baza stansiyasının istismara verilməsi planlaşdırılır. Cənubi Koreya və ABŞ Çindən geri qalmamağa çalışır.

Beşinci nəsil mobil rabitə texnologiyası 2009-cu ildə istifadəyə verilmiş "4G" ilə müqayisədə faylların ötürülməsini 10 dəfə sürətləndirəcək. "5G" texnologiyasının istifadəyə verilməsi ilə həyatımızın necə dəyişəcəyini təsəvvür etmək hələ ki çətindir. İstifadəçilər, ilk növbədə qeymerlər sürətin artmasını müşahidə edə biləcəklər, amma ciddi dəyişikliklər bir neçə il sonra qeydə alınacaq. "6G" texnologiyası barədə nə isə söyləmək daha çətindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.