Maraqlı

“LG” şirkəti qabaqcıl planşetini təqdim edib

12 Noyabr 2019 08:11
0 Şərh     Baxış: 607
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"LG Electronics" şirkəti "G Pad 5" qabaqcıl planşet kompüterini təqdim edib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni planşet 1920x1200 piksel təsvir ölçülü (WXGA) 10,1 düymlük IPS displey, "Qualcomm Snapdragon 821" dördnüvəli prosessoru, "Adreno 530" qrafik sürətləndiricisi, 32 QB daxili yaddaş ("microSD" daşıyıcılarının köməyi ilə 512 QB-dək artırıla bilər) və 4 QB əməli yaddaşla təchiz edilib.

Aparat 8 və 5 meqapiksellik kameralarla (birinci kamera avtofokusa malikdir), LTE, "Wi-Fi 802.11 ac", "Bluetooth 4.2 LE" və GPS simsiz rabitə modullarına malikdir.

Planşetin ölçüləri 247,2x150,7x8 mm, çəkisi 489 qr-dır. Cihaz "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. "Quick Charge 3.0" sürətli enerji doldurma texnologiyasını dəstəkləyən akkumulyator batareyasının tutumu 8200 milliamper/saatdır. Planşetin kənar hissəsində barmaq izləri skaneri quraşdırılıb.

Cənubi Koreyada satışa çıxarılacaq "LG G Pad 5" planşetinin qiyməti 380 dollardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.