Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

22 Noyabr 2019 08:45
29 Şərh     Baxış: 1 246

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

29 Şərh:

  • Anonim
    Melek b · 22 Noyabr 08:5291

    Hamiya salamlar.4.şəkil FSD xanimin.2 şekil menim.Eskam.Ebrum (***)

    Cavab yaz
    • Anonim
      Papatya · 22 Noyabr 20:1930

      Aleyküm salam Melek.

      Cavab yaz
      • Anonim
        melek b · 22 Noyabr 21:0700

        axsamin xeyir Ramaskam |*****)

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:1641

    Hər vaxtınız xeyir:).Rayonlarımıza qar yağıb artıq.Çox qəşəng qış mənzərələrinə baxıram bayaqdan.Bakıda isə səhərəcən yağan yağış bütün hər yeri yuyub,təmizləyib:).Bu arada,bizdə hələ də davam edir.Belə havada isə yuxudan oyanmaq çox çətin olur.

    Cavab yaz
    • Anonim
      Papatya · 22 Noyabr 20:1200

      Axşamın xeyir. Hekayən elə könlümə qar saldı ki, xəstə nar istəyən kimi) məncə yaşım neçe olur olsun qar yağmasına heyranlığımı ve sevincimi gizleye bilməyəcəm. Hər bir qar dənəsi başlı başına bir möcüzə. Hətta bir sənət əsəri. Aran rayonları üçün qar adi hal olmadığına görə yağmasını bayram bilmişəm) göz yaşına isə deyecəyim çox söz yoxdu.. Əllərinə sağlıq Əsi maraqli idi.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 22 Noyabr 21:2600

        Salam Papatya❤️☺️❤️

        Cavab yaz
  • Anonim
    asi · 22 Noyabr 10:1641

    Salam hamıya.. Dünənki evlərdə qonşum çox idi.. Bəs bu günkü 5-ci şəkildəki evlərdə kim qonşu olmaq istəyər mənə))??

    Cavab yaz
    • Anonim
      Papatya · 22 Noyabr 20:3200

      Salam. Mən dünənki evimin fasad işləri ilə məşğul idim deyə bugün qonşu ola bilmədim. Sarıya boyadim axırı) qızım boyalı əllərini biraz sənin qırmızı evinin divarlarına falan sürtdü. Kusura baxmazsan))

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:1771

    Göydən yerə enən kiçik bir qar dənəsiydi o.Gördükləri onu təəccübləndirmişdi,çaşqınlıqdan donub qalmışdı və o halda süzülərək özünü atmosferdə başıboş buraxmışdı.O narın halı ilə süzüləndə havanın bütün laylarından,hiss etməyə başlamışdı qoxunu,rəngi,istini,formaları...Kiçik görünənlər get-gedə böyümüşdü gözlərində.Və bir uğultu,artan istiliklə formasını dəyişmişdi qar dənəsi,özünə gəlməyə macal tapmamış bir damla su olmuşdu havada süzülən!.Parçalanıb ətrafa səpələnməmək üçün bərk-bərk sıxmışdı özünü və tam da həmin vaxt bir güllə kimi yapışmışdı o hər şeydən şikayət edən kök qadının alnına!..Şapp!

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:1871

    Alnının ortasında kiçik damcılara ayrılmış və o təlaşla yığışdırmışdı özünü!Bu dəfə də cazibə qüvvəsinə qapılıb alnından aşağı,burnunun kənarından yanağına doğru süzüləndə başqa bir su damlası ilə kəsişmişdi yolları.İsti,xəfifcə duzlu və bir də özünə məxsus bir ədası varmış bu damlanın..”Sən nəsən belə?”-deyə soruşmuşdu qar dənəsi,bir az təlaşla,bir az da maraqla.-“Göz yaşı!Bəs sən?”

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:1961

    “Qar!Əslində belə göründüyümə baxma,əvvəllər görünməz idim,sonra bir şey oldu.Başıma bir şey gəldi,daşa çevrildim...Özümü daşıya bilmədim,tam yorulub hər şeydən əlimi üzəndə düşməyə başladım!Səninlə tanış olmazdan bir az əvvəl də qəribə,formasız bir varlığa çevrildim!Yaxşı ki,sən də bir az formasızsan!Bu mənə yaxşı təsir etdi.Hara gedirsən Göz yaşı?”—“Mən də elə indicə qovuldum!Əslində gözün içində qaranlıqda yaşayıram.Fəqət bəzən qəribə şeylər olur!Gözün və hər şeyin sahibi olan bu hərəkətli kainat,içəridə fırtınalar qoparır!Bütün sular yüksəlir,bütün kainatı alov və titrəmələr,uğultular bürüyür!İçəridə bu qədər qarğaşa olanda,sistem bir qismimizi bayıra atır ,Qar qardaş...

    Cavab yaz
    • Anonim
      Uzaq · 22 Noyabr 15:3421

      "Yaxşı ki,sən də formasızsan. Bu mənə yaxşı təsir etdi".Bu hissəyə gülümsədim :)Biraz fərqli düşünən ya mənim kimi ətrafdan qəribə görünən birilərini görəndə, sevincək olmami xatirladim)

      Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:2061

    Mən də indi torpağa doğru gedirəm şansım varsa...”..Beləliklə yavaş-yavaş kiçilməyə başlayır göz yaşı.Gözlə görülməyəcək qədər kiçilir və buxarlaşır.Bir anda qorxusu böyüyür:-“Qar qardaş!Nəsə olur,kömək elə!”-“Qorxma göz yaşı,mənim gəldiyim yerə gedirsən!Hər şeyin bir yerdə olduğu yerə!Seçildikcə seçiləcəksən,həm də hər yana saçılacaqsan!Yenə də heç qorxmayacaqsan!Narahat olma”...Və tamamilə buxarlanıb göyə doğru yüksəlməyə başlamışdı göz yaşı..

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:2161

    Yuxarı qalxanda,kök qadın kainata doğru baxmışdı.Özündən geridə sadəcə bir neçə qırıntı duz qalmışdı kök qadının parlaq yanaqlarında...Bütün varlıq,hər şeyin tək sahibi olduğunu düşündüyü kök qadın,adicə bir parçasıymış bu görünən sonsuzluğun!Ondan minlərlə,milyonlarlacası varmış!...Yüksəldikcə yüksəlmiş,özünü özü belə görə bilməmiş amma yenə də varmış göz yaşı...Heç bilmədiyi bir formada,heç bilmədiyi bir dildə,həm də hər yerdə!Qar haqlıymış!...

    Cavab yaz
    • Anonim
      Uzaq · 22 Noyabr 15:3731

      Kök qadının hekayə ilə hansısa əlaqəsi varmı Esi xanım?Məsələn niyə arıq qadın yox,ya sadəcə qadın yox,məhz kök qadın? İki dəfə oxudum bəlkə ipucu tapa biləm.Anlamadım.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 22 Noyabr 17:2832

        Salam,uzaq☺️.Bilmirəm düzü,sadəcə”tombul qadın”yazılmışdı mən də tombulu köklə əvəz etdim,köçürdüm.Burdakı rolu elə göz yaşının dediklərinə görədir yəqin ki:)...Amma oxuduğum maraqlı bir faktı paylaşmaq istərəm.Göz yaşları əmələ gəlmə səbəblərinə görə fərqli formalara bürünə bilirmiş sən demə.Mikroskop ilə aparılmış bir təcrübədə göz yaşlarının duyğuya görə forma dəyişdiyini görmək olarmış.Kədərlənəndə axıdılan göz yaşı bir formada olur,soğanın acışdıraraq əmələ gətirdiyi göz yaşı bir başqa formada.Eyni qar dənələri kimi onlar da bir-birinə bənzəmirmiş sən demə:)

        Cavab yaz
        • Anonim
          Papatya · 22 Noyabr 20:2830

          Gör hele yalandan axıdılanlar nə formadadır? )))

          Cavab yaz
        • Anonim
          Uzaq · 22 Noyabr 20:4220

          Maraqlı gəldi.Fərqi yoxlayacam)

          Cavab yaz
        • Anonim
          ƏSİ. · 22 Noyabr 21:2820

          Təcrübə ”Gözyaşı Topoqrafiyası”adlanır,qızlar:).Məncə görsəniz yaxşıdır,çünki çox maraqlı şəkillərdir.

          Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:2381

    Bu vaxt ərzində yavaş-yavaş aşağı doğru süzülən qar dənəsi son dəfə baxmış göz yaşından kök qadının yanağında qalanlara...Tənhalığına kədərlənmiş sonra,yanicə tanıdığı və o anda da itirdiyi ilk dostunun yoxluğuna!Yoluna tənha davam edəcəkmiş artıq,bu onun taleyiymiş bəlkə də.Bu vaxt kök qadının çənəsindəki çuxurdan surətlə boşluğa doğru yuvarlanmış,gözləmədiyi bir anda!Bu möhtəşəmdir!Deyərkən sərt bir düşüşlə çırpılmış torpağa!Torpaq o dəqiqə qəbul etmiş göydən gələn dostunu!

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:2471

    “Buyur qardaş gir içəri,sizinkilər həmişə burda toplaşır”-“Bizimkilər?”-“Göydən gələnlər!”-Cavab verməyə macal tapmamış,bu sürüşkənliyə nabələd olan qar dənəsi,yavaşca süzülmüş torpaqdan içəri,daha da içəri.Bir aralıqdan digərinə,ordan o birinə süzüldükcə süzülmüş.Hər yer getdikcə qaralmış,aşağı endikcə işıqlar sönmüş.Nəhayət nəşəli bir uğultu eşitməyə başlamış qar dənəsi və qalan gücü ilə özünü irəliyə səsin gəldiyi yerə doğru itələmiş.Və sonunda milyonlarcası ilə görüşmüş gücünün tükəndiyini düşündüyü bir anda.Qeyb olmuş qar dənəsi,digər bütün damlaların arsında,bütünləşmiş onlarla!

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:2481

    Həm varmış,heç vaxt olmadığı qədər böyük,həm də yoxmuş,seçilmiş bir damla olaraq...-“Hardayam?”-deyə soruşmuş.-“Buradayam”-deyə cavablamış bütün su molekulları xəfifcə uğuldayaraq.-“Kiməm?”-deyə soruşmuş.-“Mənəm!”-demiş yer səthindəki bütün su qaynaqları çağlayaraq.-“Soruşan kim,cavab verən kim?”-deyə soruşmuş.-Böyük atmosfer tək bir səs”Mənəm”demiş səssiz bir göz qırpımında,küləyin saçaqlı ətəklərində,ağacın islaq gövdəsində,dalğaların şaqqıltısında!Göz yaşı da,qar dənəsi də...”Mənəm!”

    Cavab yaz
    • Anonim
      asi · 22 Noyabr 10:4743

      Doğurdan da maraqlı idi).. Çox sağ ol, əllərinə sağlıq.. Qışda yayı gözləyən, amma yayda qışı gözləməyən biri kimi qar dənəsinin, göz yaşının bu cür təsvirinə heyran oldum)...

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 22 Noyabr 12:0732

        Salam,asi❤️.Sən sağ ol.Yazda mənim üçün ayrı bir aləmdir.Mən də fəsillərin heç birində o birini arzulamıram:)..Qonşunun biri mənəm bu arada.O kiçik daxma da mənimkidi.

        Cavab yaz
  • Anonim
    ƏSİ. · 22 Noyabr 10:3361

    Yağışlı havada maraqlı olar deyə düşündüm.Səhifəni doldurdum,indi qaçım gizlənim☺️.

    Cavab yaz
  • Anonim
    Mahir · 22 Noyabr 14:1535

    7 ci ve 10 cu sekil superdir.

    Cavab yaz
  • Anonim
    Uzaq · 22 Noyabr 15:4031

    Salam hamıya.Bir cizgi filmi vardı.Sonunda idi deyəsən,siçan uzanır qarın içinə,göyə baxır.Göy dəki boşluqdan üzünə qar dənələri səpələnir.Xatırlayan var bəlkə adını unutmuşam.

    Cavab yaz
    • Anonim
      Papatya · 22 Noyabr 20:3410

      Aleyküm salam. Multiki xatırlamadim. Amma siçanı qisqandim nə yalan deyim)☺

      Cavab yaz
      • Anonim
        Uzaq · 22 Noyabr 20:5710

        O səhnəni görəndə, qar içində uzanıb,göyə baxmağı mən də arzulamışdım.Qar dənələri hekayəsi yadıma saldı o multfilmi,təkrar izləyərək,gözümü yumub,özümü siçanın yerində təsəvvür edərək,azacıq da olsa məmnun olmaq istədim)

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.