Maraqlı

İnqilabi YENİLİK: "YouTube"dan dəqiqədə 400 dollar qazanmağın yolu

8 Noyabr 2019 07:28
0 Şərh     Baxış: 1 604
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onlayn video platforma olan "YouTube" istifadəçilərinə pul qazanmağın yeni yolunu təqdim edəcək.

Milli.Az xəbər verir ki, "Super Stickers" tətbiqini istifadəyə verməyə hazırlaşan şirkət canlı yayım vasitəsilə yeni gəlir qaynağı yaradacaq.

"Super Stickers" tətbiqi ilə canlı yayım açan izləyicilər etiket sataraq pul əldə edəcək. İzləyicilərə 8 etiket paketi təqdim ediləcək. Onların bəzilərində açıqlamalar da olacaq.

"Super Stickers" sata bilmək üçün ən az 1000 izləyicinin olması tələb edilir. Bundan başqa, kanal pul qazanmağa açıq olmalıdır. Tətbiqdən 18 yaşdan yuxarı şəxslər istifadə edə bilər.

Bu yeniliklə canlı yayım sırasında dəqiqədə 400 dollar qazanan kanallar var.

"YouTube" bu tətbiqlə "Twitch" yayımçılarının bir bölümünü özünə çəkməyə çalışır.

Tətbiq 60 ölkədə aktiv olacaq. Onlar arasında Azərbaycan yoxdur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.