Maraqlı

Çex polisi BMW 745Le xDrive sedanlarını seçdi - FOTO

17 Noyabr 2019 19:30
0 Şərh     Baxış: 1 075
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW 3 Series və Mercedes-Benz C-Class modellərinin Dövlət Yol Polisində xidmət aparmasına biz adi hal kimi baxırıq. Döğrudur, Dubay polisinin qarajına baxan polislərimiz Ərəb yarımadasından olan həmkarlarına həsəd apara bilərlər. Bu günlərdə onların həsəd aparacaqları həmkarları sırasına çex polisi də qoşulub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW şirkəti ilə yerli hakimiyyət orqanlarının birgə layihəsinə əsasən çex polisinə 10 ədəd dəbdəbəli 7 Series sedanı təqdim edilib. Polislərin sərəncamına hibrid güc aqreqatına, tam ötürməyə, M Sports dəstinə və maksimal təchizata malik olan 745Le xDrive sedanları verilib.  Bu sedanlar 394 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən hibrid qurğu ilə təchiz edilirlər. BMW 745Le xDrive 100 km/saat həddinə 5,1 saniyəyə sürətlənirlər.

BMW şirkətinin fikrincə, 100 kilometrə 2,3 litr yanacaq sərf edən benzin-elektrik sedanlarının 6 aylıq istismarı çex hakimiyyət orqanlarına hibridlərin üstünlüyünü göstərəcək və sonradan dövlət ehtiyacları üçün BMW i3 elektrokarlarını, polis üçün isə BMW i8 modellərinin alınmasına sövq edəcəkdir.

Polis sedanlarının təchizatı hüquq-mühafizə orqanlarına hərəkətin təhlükəsziliyinin və gündəlik xidməti təbliğ etməyə imkan verəcəkdir. Avtomobillər rabitə vasitəsi, polis livreyası, sayrışan işıqlar və xüsusi nəqliyyat vasitələrinin digər atributları ilə təchiz edilib. Alman istehsalçısının hesablamalarına görə hibridlər 6-aylıq xidmət müddətində 25 min km qət etməlidirlər.

Dəbdəbəli nümayəndəlik sedanları nadir hallarda polisdə xidmət keçirlər. Avropa polis təşkilatları kiçik litrajlı modellərə, orta sinif sedanlara və əlverşli universallara üstünlük verirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.