Maraqlı

Sərnişin qıza pilot kabinəsində selfi çəkməyə icazə verən ekipaj üzvü sərt cəzalandırılıb

6 Noyabr 2019 07:07
0 Şərh     Baxış: 2 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində tanıdığı sərnişin qıza pilot kabinəsində selfi çəkdirmək üçün icazə verən və bununla da təhlükəsizlik qaydalarını kobud şəkildə pozan ekipaj üzvü uçuşlardan ömürlük kənarlaşdırılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pilot kabinəsində kresloda əyləşən qız çəkdiyi selfini sosial mediada paylaşıb. Bir neçə dəqiqədə 22 min insanın bəyəndiyi fotoşəkil Çinin aviasiya blogerləri tərəfindən saniyələr içərisində yayılıb və bundan sonra sərnişin qız onu dərhal profilindən silib. Sosial şəbəkədəki insanlar təyyarənin məxsus olduğu "Air Guilin" aviaşirkətini sərnişinlərin həyatını təhlükəyə atmaqda ittiham ediblər. Aviaşirkət də Guilin və Yançjou şəhərləri arasında uçan təyyarədə baş vermiş insidenti təsdiqləyib və sərnişinlərdən üzr istəyib. Daxili təhqiqat aparıldığını və bütün ekipaj üzvlərinin uçuşlardan kənarlaşdırıldığını qeyd edən aviaşirkət rəhbərliyi bildirib ki, qızı kabinəyə buraxan pilota mülki aviasiyada uçmaq birdəfəlik qadağan ediləcək. "Beijing Youth Daily" nəşrinə müsahibə verən şirkət nümayəndəsi deyib ki, həmin pilotun digər aviaşirkətlərdə işə düzəlməsinin qarşısını almaq üçün də müvafiq tədbir görülüb.

Qəzetin xəbərində selfi çəkən qızın pilotla əvvəldən tanış olduğu da qeyd olunub. Bildirilir ki, ötən il öz həyat yoldaşını pilot kabinəsinə buraxan ekipaj komandiri də 6 ay müddətinə uçuşlardan kənarlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.