Maraqlı

"Google" Kanadada "ağıllı şəhər" salacaq

3 Noyabr 2019 07:34
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Google" arama motorunun sahibi olan "Alphabet" şirkətinin nəzdində fəaliyyət göstərən "Sidewalk Labs" Kanadanın Toronto şəhərinin boş ərazisində "ağıllı şəhər" salacaq. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhər meriyası şirkətin müraciətinə müsbət cavab verib, lakin bu təşəbbüs üçün daha az ərazi ayırıb. Torontonun inkişafına cavabdeh olan "Waterfront Toronto" qrupu müraciəti yekdilliklə təsdiq edib.

Qeyd olunur ki, "Sidewalk Labs"ın inşa edəcəyi məhəlləyə cəmi 0,05 kvadratkilometr torpaq sahəsi ayırıblar. Şəhər rəhbərliyinin qərarı ictimai müzakirəyə təqdim ediləcək və yekun rəy 2020-ci ilin martında veriləcək.

Şirkətin təmsilçiləri bildiriblər ki, "ağıllı şəhər" insanların işə getməsi üçün hazırlıq müddətini azaldacaq, evləri daha da ucuzlaşdıracaq, yeni iş yerləri açacaq və sakinlər üçün yüksəksəviyyəli rahat şərait yaradacaq. "Sidewalk Labs" bu layihəyə qoyacağı sərmayə müqabilində əmlak vergisindən və gəlirlərdən pay tələb edir. Şirkətin mütəxəssisləri hesab edirlər ki, ən müasir texnologiyaların tətbiq ediləcəyi "ağıllı şəhər" sayəsində Torontonun dünyanın ən inkişaf etmiş meqapolisləri ilə rəqabətqabiliyyətlilik gücü artacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.