Maraqlı

Genesis markası GV80 modelinin mühərrikləri barədə danışıb

8 Dekabr 2019 23:58
0 Şərh     Baxış: 981
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seulda keçirilmiş konfransda Hyundai şirkəti yeni premium krossoveri olan Genesis GV80 modeli barədə məlumat verib. Yeni krossover üç modifikasiyada təklif ediləcəkdir. Genesis GV80 krossoveri iki benzin və bir dizel aqreqatı ilə təchiz olunacaqdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, hələlik, Koreya markası üç mühərriki təsdiq edib. Bunlar 290 at qüvvəli 2,5-litrlik və 380 at qüvvəli 3,5-litrlik benzin turbomühərrikləri, həmçinin 280 at qüvvəli sıralı 3,0-litrlik dizel aqreqatıdır. Bütün mühərriklər iki yaş muftası olan yeni səkkiz pilləli robotlaşdırılmış ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Sonradan bu qutu Genesis G80 sedanında da quraşdırılacaqdır.

Yeni premium krossoverinin bu ilin sonuna qədər təqdim ediləcəyi gözlənilir. Genesis GV80 krossoveri BMW X5 və Mercedes-Benz GLE modelləri ilə rəqabət aparacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.