Maraqlı

"Facebook" şifrlənmiş səsli və videozənglər istifadəyə verməyi planlaşdırır

5 Noyabr 2019 08:59
0 Şərh     Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə "Facebook" şirkəti istənilən istifadəçi tərəfindən aktivləşdirilə bilən "Secret Conversations" funksiyasını istifadəyə vermişdi. İndi isə sosial şəbəkənin mütəxəssisləri bu təhlükəsizlik sistemini səsli və videozənglər üçün sınaqdan keçirirlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Facebook" sosial şəbəkəsi "Secret Conversations" funksiyasının imkanlarını genişləndirməyi planlaşdırır. Açıqlanmamış funksiyaları aşkar etmək üçün mobil tətbiqlərin təhlili ilə məşğul olan jurnalist Ceyn Mançun Vonqun sözlərinə görə, sosial şəbəkə "Secret Conversations" funksiyası üzərindən səsli və videozəngləri sınaqdan keçirir.

2016-cı ildə "Facebook" tərəfindən istifadəyə verilmiş "Secret Conversations" funksiyası "Messenger"də çatları kənar müdaxilələrdən qorumaq üçün onları şifrləməyə imkan verir. Sözügedən messencerdə "WhatsApp"da tətbiq edilmiş eyni şifrləmə texnologiyasından istifadə edilir.

Jurnalistlər iddia edirlər ki, "Messenger" mobil proqramında sözügedən funksiyadan istifadə üçün öz profil şəklinin üzərinə sıxmaq, "Secret Conversations" bölməsinə keçmək və bundan sonra onu aktivləşdirmək lazımdır. Nəticədə istifadəçi və mesajı qəbul edəndən başqa heç kim çata müdaxilə edə bilməyəcək. Bundan başqa, mesajlaşma yalnız seçilmiş qurğuda görsənəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.