Maraqlı

Telefonun işini bu AĞIRLAŞDIRIR

30 Oktyabr 2019 23:50
0 Şərh     Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Smartfonların işini ağırlaşdıran səbəblər bəlli olub.

Milli.Az xəbər verir ki, mütəxəssislər "Avast Cleanup" proqram təminatının 45 ölkədən olan 6 milyon istifadəçisinin anonim məlumatları əsasında mobil qurğuların işini çətinləşdirən səbəbləri müəyyənləşdiriblər.

Məlum olub ki, smartfonların fəaliyyətinə daha çox keyfiyyətsiz fotolar mane olur, hansı ki, yaddaşın 20%-ni tuturlar.

İstifadəçilər öz qurğularında orta hesabla 952 foto saxlayır, onun da 22%-nin keyfiyyəti aşağı olur. "WhatsApp"da isə istifadəçilər təxminən 292 şəkil saxlayırlar.

Tədqiqat sayəsində o da məlum olub ki, 18-24 yaşlılar smartfonlarında daha az foto saxlayır. Çünki "selfi nəsli"ndən olanlar şəkilləri əsasən sosial hesablarında saxlayırlar.

Telefonlarında daha çox foto saxlayanlar isə 25-44 yaşlılardır. Burada xüsusilə qadınlar üstünlük təşkil edirlər. Onlar kişilərə nisbətdə 24% daha çox şəkil çəkir. Qadınların smartfonlarında orta hesabla 1053 foto olur, göstərici kişilərdə 851-dir.

"Avast Cleanup"ın MDB ölkələri və Rusiya üzrə rəhbəri Aleksey Fyodorov smartfonların işini sürətləndirmək üçün onlara daim lazımsız fotoları silməyi tövsiyə edir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.