Maraqlı

"Facebook"dan maraqlı texnologiya - Sifətin tanınması sistemlərini aldadır

30 Oktyabr 2019 23:55
0 Şərh     Baxış: 2 384
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsinin süni intellekt sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan "Facebook AI Research" (FAIR) tədqiqat bölməsi qabaqcıl sifətin tanınması sistemlərini aldada bilən texnologiya yaradıb.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, ki, bu, ilk belə texnologiya olmasa da, digər şirkətlərin oxşar alqoritmlərindən fərqli olaraq "FAIR" proqramı sifətləri fotoşəkillər üzərində deyil, birbaşa translyasiyalar daxil olmaqla videoda dəyişdirə bilir.

Texnologiyanın mahiyyəti ondan ibarətdir ki, alqoritm kompüter təlimi vasitəsilə videoda sifətlərin detallarına cüzi dəyişikliklər edir. Bu dəyişikliklər isə orijinal video ilə birbaşa müqayisədə nəzərə çarpmır, lakin sifətin tanınması sistemlərini uğurla aldadır.

Hazırda "Facebook" texnologiyanın kommersiya məhsullarına tətbiqini planlaşdırır. Yeni texnologiya insanların məxfiliyinin qorunması üçün gələcək işləmələrə təsir edə, eləcə də saxta videolarla mübarizəyə kömək edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.