Maraqlı

Günün qoroskopu: uğursuzluq nə qədər çoxalırsa, siz də bir o qədər şansınıza güvənirsiniz

1 Noyabr 2019 00:01
23 Şərh     Baxış: 7 649

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - ünsiyyətdən qaçırsınız, əsəbisiniz, hətta həmfikirlərinizlə də ortaq nöqtəyə gələ bilmirsiniz. Yox yerdən narazılıqlar yaranır və saatlar keçdikcə böyüyür, ciddiləşir. Səhərçağı hansısa razılığa gəlmək mümkündür, günün ikinci yarısı isə təmasları, ünsiyyəti minimuma endirməyə çalışın.  
Şəxsi həyatınızda gözlənilməz dəyişikliklər mümkündür. Bəzi xəbərlər planlarınızı ciddi surətdə dəyişməyə vadar edəcək. İnadcıllıq etməyin: bu gün alternativ çıxış yolu aramaq əvəzinə gücünüzü lazım olmayan yerə sərf etməyə meyllisiniz. Bu gün çiçək almanız faydalı olacaq, həm otaqlarınızı, həm də bağçanızı bəzəyin.

Buğa - tamamilə aydındır ki, uzun bir zamanı fantaziya adlanan gözəl bir ölkədə keçirmisiniz. İndi də sanki sizi oradan deportasiya ediblər və real aləmin çatışmazlıqları ilə barışmalısınız. Üstəlik, bunlar sizə bu gün daha cansıxıcı görünür. Elə də asan deyil, təbii ki.
Öz çətinliklərinizi hamı ilə bölüşməyə hazırsınız, amma kimsə bu yükü daşımaq istəmir. Kədərlənməyin, yaradıcılığa vaxt ayırın. Yaxşı şeir yaza, yaxud gözəl rəsm əsəri yarada bilərsiniz.  

Əkizlər - uğurlu, yeni imkanlar və qeyri-adi təsadüflərlə dolu gündür. Həyatınız göz önündə dəyişir və dəyişikliklərin mahiyyəti məhz sizdən asılıdır. Yeni kəşflər edə bilərsiniz. Uzaqdan aldığınız xəbərlər xoş olacaq. Öz istedadınıza layiqli tətbiq sahəsi tapacaq, nəyə qadir olduğunuzu göstərəcəksiniz.
Səhhətinizdən şikayətiniz olmayacaq, əhvalınız isə aktiv istirahət sayəsində daha da yüksələ bilər. Evdə qalmalı olsanız, dərd eləməyin, maraqlı bir işlə başınızı qatın, məsələn, təmirə başlaya bilərsiniz.

Xərçəng - gizlənin, kimsənin gözünə görünməyin. Kim sizi görsə, istər-istəməz bir pislik etmək fikrinə düşəcək. Nə etməli, bu gün də belə gətirib. Pul xərcləmək, iri əşyalar almaq məsləhət deyil. Diqqətsizlik və laqeydlik ucbatından maliyyə itkiləri mümkündür.
Emosional fon qeyri-sabitdir. Gah şən və həyatsevərsiniz, gah da depressiyaya düşürsünüz. Sizinlə dil tapmaq çətindir: yaxınlarınız sizi anlamağa çalışacaq, amma tez təslim olacaqlar. Heyvanlar sizi çətinlikdən çıxarar. İmkan varsa, at belində gəzintiyə çıxın, qucağınıza pişik alın, akvariumda balıqları seyr edin - əhvalınız yaxşılaşacaq.  

Şir - mürəkkəb danışıqların aparılması üçün münasib gündür. Özünüzə tərəfdaş kimi görmək istədiyiniz rəqibiniz varsa, bu gün onunla mütləq söhbət etməyə çalışın. Bu şansdan şəxsi məqsədləriniz üçün də istifadə edə bilərsiniz: xoşunuza gələn biri çox əlçatmazdır? Bu gün onu görüşə çağırın.
Pul kisənizə diqqət yetirin. Rastınıza çıxan əşyaları gözəlliyinə aldanıb almayın, çox tezliklə onlar əhəmiyyətini itirəcək. Günün ikinci yarısı səhhətiniz pisləşə bilər.

Qız - uğurlu gündür. Xoş sürprizlər gözləyin. Bəxtinizə inanın: məhz onun sayəsində bir sıra çətin vəziyyətdən asanlıqla çıxa biləcəksiniz. Həmkarlarınızla münasibətləriniz düzəlir, rəhbərliyin və yaxud başqa nüfuzlu bir şəxsin dəstəyini alacaqsınız.
Şəxsi həyatınızda bəzi problemləri aradan qaldıra bilərsiniz. Məsələn, qırıldığı üçün peşmanlıq çəkdiyiniz əlaqələri bərpa edə bilərsiniz. Təşəbbüs göstərməkdən çəkinməyin.

Tərəzi - darıxdırıcı, boz gündür. Şücaət göstərmək, macəralara qoşulmaq, heç olmasa şəraiti dəyişmək arzusundasınız. Amma heyhat: olduğunuz yerdə qalmalı, gördüyünüz işi davam etdirməli və həyatınızda heç nəyin baş vermədiyini düşünməklə vaxt keçirməli olacaqsınız.
Çox hissiyyatlı Qoçlar bu duruma həddən artıq kəskin reaksiya verirlər: səs-küy salır, ətrafdakılarla mübahisə edir, ailə üzvləri və rəhbərliklə münasibətləri aydınlaşdırırlar. Münaqişədən qaçmağa yalnız sizin cazibədarlığınız kömək edir.

Əqrəb - adi günlərdən biridir, elə ən yaxşı cəhəti də sakitliyidir. Bu ərəfədə başladığınız işləri yekunlaşdıra bilərsiniz, kimsə sizi işinizdən ayıraraq diqqətinizi yayındırmayacaq. Alış-veriş edə bilərsiniz, amma daha yaxşı olar ki, pulları biznesə, yaxud da şəxsi təhsilinizə xərcləyəsiniz.
Ziyafətlərə dəvət alsanız, imtina etməyin. Bu gün adam arasına çıxmaq, tanışlıqlar qurmaq sizin üçün faydalıdır. Ancaq başınızı itirməyin: romantik macəra təkcə sevinc gətirməyəcək...

Oxatan - uğur bu gün sizinlədir. Qarşınıza yeni məqsədlər qoyun, onları mütləq əldə edəcəksiniz, heç şübhəniz olmasın. Tərəfdaş və köməkçi tapmaq problem deyil. Onlar böyük həvəs və entuziazmla sizin göstərişlərinizi yerinə yetirəcəklər. Başqalarının məsuliyyətini boynunuza götürməli olacaqsınız, amma görünür, bu sizi elə də narahat etmir.
Yaxınlarınızla asan dil tapırsınız, dostlarınız və valideynlərinizlə fikir ayrılıqları gözlənilmir. Səfərlər mümkündür. Bunlar xoş keçəcək. Hədiyyə ala bilərsiniz. Bunlardan biri isə sizi təəccübləndirə bilər.

Oğlaq - işlər o qədər də rəvan getmir. Xeyli mürəkkəb, birmənalı olmayan situasiyalar yaranır və onlardan çıxış yolunu tapmaq o qədər də asan olmur. Yalnız öz gücünüzə güvənməli olursunuz, bu isə vəziyyəti bir qədər də qəlizləşdirir. Hətta bu gün aldığınız məsləhətlərin də əksəriyyəti yararsız, hətta dağıdıcıdır.  
Maliyyə işlərində ehtiyatlı olun. Qədərindən artıq xərcləməyə meyllisiniz. Bəzi Əkizlər şəxsi xarakterli çox çətin seçim qarşısında qalacaqlar. Məntiqi düşünməyə çalışın, tək intuisiyanıza arxalanmayın.

Dolça - uğursuzluq nə qədər çoxalırsa, siz də bir o qədər şansınıza güvənirsiniz. Yalnız öz gücünə güvənən, zəhmət çəkməyə hazır olan Dolçalar yaxşı nailiyyətlər əldə edəcəklər. Ətrafınızdakılara yardım etməyə, onları ardınızca aparmağa hazır olun.  
Parlaq emosiyalar, yaddaqalan hadisələr axtarışındasınız, amma şəxsi həyatınızda, təəssüf ki, bir süstlük yaşanır. Sabitliyin də öz üstünlüyü var, ən azından, gələcək planlarınızı götür-qoy edə bilərsiniz. Enerjiniz çoxdur, işlərdən çəkinməyin.
 
Balıqlar - etiraf edin ki, imkanlarınız hüdudsuz deyil. Əgər bunu qəbul etsəniz, bir çox gərəksiz işlərdən, əziyyətlərdən yaxa qurtara bilərsiniz. Əksinə, inad göstərsəniz, həm vaxtınızı, həm də gücünüzü itirəcəksiniz. Nəticəyə nəzər salmağınız da pis olmaz - bunumu istəyirdiniz, yaxud əldə etdiyinizə bu qədərmi ehtiyacınız vardı?
Tərəfdaşlarınızı və həmfikirlərinizi itirirsiniz. Şəxsi münasibətlərinizdə də bu tendensiya davam edəcək: bəzi əlaqələriniz sizdən asılı olmayan səbəblərə görə dağıla bilər. Özünüzü günahlandırmayın. Olanları sakit analiz etmək indi çətindir, amma sonra bu vəziyyətə yenidən qayıdın, hər şey yerinə oturacaq.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:02170

    Cüməniz mübarek gününüz xoş ve maraqli olsun.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:02434

    Status-Heyatda ele insanlara dyer verin ki,verdiyin dəyəri insan kimi deyerlendirsin

    Cavab yaz
    • Anonim
      Həmid · 1 Noyabr 09:01140

      Oldu

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 09:34112

        :))))))))))

        Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:03213

    Status-Caliş basqalarinin heyatini muzakire etmə! Cun ki, öz heyatundan 12 cildlik kitab yazmağ olar

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:04314

    Vəəəəə......Sevgi -Əsla sahib ola bilmeyeceyiniz birini sevmekdi.

    Cavab yaz
    • Anonim
      Kənan · 1 Noyabr 09:0256

      Siz sahib ola bilməyəcəyiniz birini sevirsiz?

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 09:3493

        Men Sevmisem aile qurdum sahib oldum .

        Cavab yaz
      • Anonim
        Kənan · 1 Noyabr 09:39313

        "Sevgi -Əsla sahib ola bilmeyeceyiniz birini sevmekdi." bəs bu nədir? Camaata niyə səhv məsləhət verirsiz?

        Cavab yaz
        • Anonim
          Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 09:46163

          Basa dusmediniz yani kas mende qovusmazdim onda esl sevgi olardi qovusdunsa sevgi ölür mehv olur. Amma aile qurmasaydim yeqin ölünce muqeddes bir hisllerle sevecekdim..Sehv deyil asaqidaki statusu da oxu bir biriyle elaqelidi basa dusdun

          Cavab yaz
          • Anonim
            Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 10:02142

            Menim meslehetima qulaq asan var ki , lapp sehv olsun düz olsun ..Status-Biz basqalarina qulaq asan , lakin öz bildiyimizi edən yeganə milletik:)))

            Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:06144

    Status-Ayriliq olduqda Eşqler sonsuz , mehebbetler ebedi olur.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 00:07114

    Geceniz xeyre qalsin Yuxunuz bal Esra olsun şirin olsun , gözel olsun Canlarim

    Cavab yaz
  • Anonim
    Tovuzlu Tutu · 1 Noyabr 09:5263

    Esra bajı statusların əladan əladı

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 09:5784

      Cannn, hemise əladannn əlaa olasan

      Cavab yaz
  • Anonim
    Zyuma · 1 Noyabr 09:5723

    Evvel yıxılanda qalxmagı,sonra toxundugumda kederi sevmeyi öyrendim. Sonra terk edilib gözlemeyi. İndi SENin sayende unudulmagı da öyrendim...Her şeyi öyrendim,yalnız SENİ unutmagı öyrene bilmedim...

    Cavab yaz
  • Anonim
    Zyuma · 1 Noyabr 10:0123

    Ayrılıq bele aglayardı,ayrılığı yaşasaydı...Utanardi etdiyinden felek. eger bu ewqi tanisaydi....

    Cavab yaz
  • Anonim
    Zyuma · 1 Noyabr 10:0623

    SEN hec hesreti daddinmi severken... hec agladnmi gulerken..SEN hec sevdinmi,sevilmezken vehec ayrilmaq istedinmi, canindan cox severken!!!..

    Cavab yaz
  • Anonim
    Zyuma · 1 Noyabr 10:1024

    Bezen Dogru olani etmek ucun, en cox istediklerimizden imtina etmemiz gerekdir...Xeyallarimizdan bele..!!!

    Cavab yaz
  • Anonim
    Gözel · 1 Noyabr 10:47113

    Esra statuslarin eladı

    Cavab yaz
    • Anonim
      Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 11:5862

      Cox saq ol canim,var ol.

      Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 1 Noyabr 12:141113

    Moder cannn, men sizden dunen küsmüsemmmm Menim adimla yazani silmediniz insan verdiyi sozu tutmamaq 75 günahdan biridiii .Siz mene 2018 ci ilde soz vermisdiniz Yadinizaaa gelirrrr??)))

    Cavab yaz
  • Anonim
    Zyuma · 1 Noyabr 14:5412

    Dislike eden gozel siz ne etdiyinizin ferqindesizmi? ??....

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.